Azərbaycanda yanacağın istehsalı ilə bağlı qıtlıq gözlənilmir
SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda (NEZ) modernizasiya layihəsi davam edir. Eyni zamanda, zavodun köhnəlməkdə olan bir çox qurğuların davamlı istismarını təmin etmək üçün zaman-zaman müvafiq sazlama işlərin aparılması lazım olur.
Bunu SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov ölkədə cari ilin yanvar-fevral aylarında avtomobil benzininin istehsalının 35,3% (Dövlət Statistika Komitəsinin göstəricilərinə əsasən – red.) azalmasının səbəbləri ilə bağlı sualı cavablandırarkən deyib.
"Əlbəttə, bu proseslər zavodun istehsal göstəricilərinə müvəqqəti təsir göstərsə də, əvvəlcədən tədarük edilmiş yanacaq həcmləri tələbatın təmin olunması üçün imkan yaradır. Hazırda zavodun bütün qurğuları normal rejimdə fəaliyyət göstərir və yanacağın istehsalı ilə bağlı hər hansı qıtlığın yaranması gözlənilmir", - İ. Əhmədov qeyd edib.
O həmçinin əlavə edib ki, gələcəkdə NEZ-in əməliyyat dayanıqlığını təmin etmək üçün modernizasiya layihəsinin tamamlanması və zavodun əksər qurğularının yeniləri ilə əvəzlənməsi vacibdir.
"Əgər sovet dövründə istismara alınmış bu qurğular uzun müddət yeniləri ilə əvəzlənməsə, bu, onların dövri təmir və sazlama müddətini uzadaraq, istehsal göstəricilərinə mənfi təsir göstərə bilər. Məhz belə bir ssenariyə yol verməmək üçün Heydər Əliyev adına NEZ-də aparılan modernizasiya layihəsinin davam etdirilməsi olduqca əhəmiyyətlidir. Hazırda NEZ-in modernizasiya layihəsi tam sürətlə davam edir", - İ. Əhmədov vurğulayıb.
Qeyd edək ki, qrafikə əsasən, NEZ-də "Avro-5" tələblərinə cavab verən dizel istehsalına başlanılması 2022-ci ilin ortalarına nəzərdə tutulur. Sonrakı dövrdə yeni qurğuların ard-arda istismara verilməsi ilə istehsal olunan benzinin də keyfiyyətinin tədricən artırılması və 2023-cü ildə “Avro 5” standartına çatdırılması planlaşdırılır. Bununla modernizasiyanın hazırkı mərhələsi başa çatdırılacaq. Bundan sonra NEZ-də "Aİ-92" və "Aİ-95" markalı benzin istehsal olunacaq.
Xatırladaq ki, 1953-cü ildə əsası qoyulan NEZ-da hazırda təkmilləşdirilmə və yenidənqurma layihəsinin 2-ci və 3-cü mərhələləri həyata keçirilir. Layihənin əsas məqsədlərindən biri də Bakı şəhərində ekoloji vəziyyətin yaxşılaşdırılmasıdır. İstehsalat proseslərində, əsasən köhnə qurğuların istismarı zamanı ətraf mühit üçün bir sıra risklər yaranır və təkmilləşdirilmə işləri həm də bu cür risklərin minimuma endirilməsinə imkan verəcək. Bu məqsədlə müasir və beynəlxalq standartlara cavab verən texnologiyaların tətbiqi nəzərdə tutulur.mil İsmayılov
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 9 d. əvvəl
-
- 25 d. əvvəl
- 25 d. əvvəl
- 28 d. əvvəl
- 47 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
- 1 saat əvvəl
-
1 saat əvvəl
Mərkəzi Bank valyuta ehtiyatlarının daha da artdığını açıqladı - SON MƏBLƏĞ
-
1 saat əvvəl
SOCAR data mərkəzləri və süni intellekt sahələrinə investisiya yatırır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
İyunun 3-də gözlənilən hava şəraiti
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
“Fintrend” BOKT-un xalis mənfəəti kəskin azalıb
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
Ən çox oxunanlar
Azərbaycanda pul bazası 24 milyard manatı keçib
BP 2027-ci ildə "Qarabağ" yatağı üzrə yekun investisiya qərarı verməyi planlaşdırır
SOCAR iyulun 1-dən BTC kəmərinin operatoru olacaq
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
“PAŞA Sığorta” mənfəəti ilə bazar liderliyini qoruqmaqdadır















.jpg)





