Türkiyənin nəhəng özəl şirkətlərindən biri Azərbaycanda mis yataqlarını istismar edəcək
“AzerGold” Qapalı Səhmdar Cəmiyyətində (QSC) Türkiyənin ən böyük özəl şirkətlərindən biri olan “Cengiz Holding”in törəmə şirkəti “Eti Bakır” Səhmdar Cəmiyyətinin nümayəndələri ilə görüş keçirilib.
QSC-dən Marja-ya daxil olmuş məlumata görə, görüşdə ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrinin yüksək səviyyədə olduğu, iqtisadi sahədə, xüsusilə də dağ-mədən sektorunda əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanların mövcudluğu qeyd olunub.
“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov Cəmiyyətin fəaliyyəti barədə ətraflı məlumat verərək dağ-mədən sektorunun inkişaf etdirilməsi məqsədilə icra edilən layihələrdən danışıb. İdarə Heyətinin sədri “AzerGold” tərəfindən 2021-2027-ci illər ərzində “Çovdar” qızıl yatağının sulfid mərhələsi üzrə istismarı da daxil olmaqla daha 6 qızıl yatağının, eləcə də 1 polimetal və 4 mis yatağının istifadəyə verilməsinin planlaşdırıldığını bildirib.
Daha sonra “Eti Bakır” Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Şeref Cengiz rəhbərlik etdiyi şirkət haqqında ətraflı məlumat verib, şirkətin Türkiyə və regionun mis hasilatı və metallurgiya sənayesindəki öncül mövqeyindən bəhs edib. Ş.Cengiz ötən ay Ankara şəhərində keçirilən Türkiyə-Azərbaycan Biznes Forumu çərçivəsində Azərbaycan höküməti ilə “Eti Bakır” Səhmdar Cəmiyyəti arasında əməkdaşlığa dair imzalanmış sazişin dağ-mədən sektorunda tərəfdaşlığa mühüm töhfələr verəcəyini qeyd edib. Türkiyəli qonaq mis yataqlarının işlənməsinə və metallurgiya sənayesinin inkişafına dəstək verməyə hazır olduqlarını bəyan edib.
Zakir İbrahimov müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuzun şanlı qələbəsi nəticəsində azad edilən Qarabağ regionunun böyük iqtisadi potensialının olduğunu, mövcud resursların dağ-mədən sektorunda ikitərəfli əməkdaşlıq üçün geniş imkanlar açdığını bildirib. İdarə Heyətinin sədri “AzerGold” QSC-nin dövlət şirkəti olaraq bu sahədə dost və qardaş Türkiyə şirkətlərinə hər zaman dəstək göstərməyə hazır olduğunu diqqətə çatdırıb.
Görüşdə dağ-mədən sahəsində tətbiq olunan qabaqcıl texnologiyaların öyrənilməsi, geoloji kəşfiyyat işləri, yataqların resurs və ehtiyatlarının beynəlxalq standartlara uyğun qiymətləndirilməsi metodologiyaları və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Sonda təcrübə mübadiləsi çərçivəsində texniki heyətlərin qarşılıqlı tanışlıq səfərlərinin təşkil olunmasına dair razılıq əldə olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
5 gün sonra
Kapital bazarlarında növbəti yenilik - İlk zamanətli istiqrazlara investisiya fürsəti
-
- 1 gün sonra
- 17 d. əvvəl
-
26 d. əvvəl
"PMD Projects" şirkəti "Big5 Global 2025" sərgisində iştirak edib - FOTOLAR
-
33 d. əvvəl
Nərimanovda mənzil almaq istəyənlər üçün faizsiz kreditlə geniş seçim imkanı
-
57 d. əvvəl
Qeyri-həyat sığortası bazarı 9%-ə yaxın, həyat sığortası bazarı isə 16,5% böyüyüb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Neft nəhənglərinin mənfəəti 14% düşüb - 26 milyard dollarlıq azalma
-
2 saat əvvəl
"Money Shop" qanunvericiliyi pozub - Vəzifəli şəxsi cərimələnib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kapital bazarlarında növbəti yenilik - İlk zamanətli istiqrazlara investisiya fürsəti
PULLU adam olmaq üçün ilk addımını at
“PAŞA Bank” yeni kredit məhsulunu bazara çıxardı
8-ci “Zeekr 001”i Bəxtiyar Süleymanov qazandı
BOKT növbəti dəfə illik 18 faizlə borc alır
Ən çox oxunanlar
Neft nəhənglərinin mənfəəti 14% düşüb - 26 milyard dollarlıq azalma
"Money Shop" qanunvericiliyi pozub - Vəzifəli şəxsi cərimələnib
Taleh Kazımov Çində süni intellekt əsaslı həllərin nəzarət prosesində tətbiqini müzakirə edib
Şirkətlərin cari hesablarda pulları azalır, bankların depozitlərdən "qidalanması" məhdudlaşır
Noyabrın 29-da gözlənilən hava şəraiti
Bankların kredit portfelinin artım tempi kəskin aşağı düşüb
Azərbaycanda kredit götürən şəxslər işsiz qalmaqdan sığortalanacaq














.jpg)

.jpg)





