Toyota-dan Apple-ə avtomobil xəbərdarlığı: "O qədər asan deyil"
Son zamanlar texnologiya şirkətləri elektrikli avtomobil planlarını sürətləndiriblər. Marja xəbər verir ki, avtomobil sektorundan texnologiya şirkətlərinə xəbərdarlıqlar edilir. Apple-ə səslənən Toyota-nın İdarə heyətinin sədri Akio Toyoda avtomobil işinin asan bir iş olmadığını bildirib.
Toyota-nın sədri, avtomobil sektorunda lazım olan texnologiyanı çıxarmaqdan daha çox avtomobil satmağın daha böyük bir çətinlik olduğu barədə Apple-i xəbərdar edib.
Apple-ın ilk avtomobilini istehsal etməsinin ehtimalla 5 il ərində mümkün olacağı təxmin edilir. Amma ağıllı telefon istehsalçısı indidən avtomobil sektorunu sarsıtmış kimi görünür.
Toyota və Volkswagen digər şirkətlər ilə müqayisədə daha az narahat görünürlər. Volkswagen-in İcraçı direktoru Herbert Diess Apple-ın bazara girişindən qorxmadığını söyləmişdir.
Avtomobil sektorunun texnologiya sektorundan daha fərqli olduğunu ifadə edən Diess, "Apple bir gecədə sektoru ələ keçirə bilməyəcək" deyib.
Toyoda isə yeni texnologiya şirkətlərinin girişininin avtomobil sektoruna yeni bir nəfəs gətirəcəyini qeyd edərək bildirib: "Bu girişlər müştərilər üçün ədalətli olmalıdır. Bu şirkətlər istehsal etdikləri avtomobillərin həyat dövründə, servisdən utilizasiyasına qədər bütün məsuliyyəti götürməlidirlər".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 saat əvvəl
-
3 saat əvvəl
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
-
-
3 saat əvvəl
Kapital Bank-ın sədri 5-ci “Yüksəliş” müsabiqəsinin iki qalibi ilə Mentorluq Proqramına start verdi
- 3 saat əvvəl
-
3 saat əvvəl
Trampın İran ultimatumu və razılaşma danışıqları investorları çaşqınlıqda saxlayır
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
"ƏDV geri al” çərçivəsində 51,7 milyon manatdan çox vəsait alıcılara qaytarılıb
-
6 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalanıb
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Ağ Ev: ABŞ İrana qarşı nüvə silahından istifadə etməyəcək
Aktiv ƏDV ödəyicilərinin sayı daha da artıb
Ən çox oxunanlar
"TCF BOKT"ın xalis mənfəəti kəskin artıb
Mərkəzi Bankın departament rəhbəri işdən çıxıb
Aprelin 8-də gözlənilən hava şəraiti
Dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib, 1,7 milyard manatlıq artıqlıq yaranıb






















