Maliyyə Nazirliyi 20 milon manat borc alacağını elan etdi
16 mart 2021-ci il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin 20 milyon manatlıq Dövlət Ortamüddətli İstiqrazları (DOİ) üzrə hərrac keçiriləcəkdir.
Marja Birjaya istinadən xəbər verir ki, hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaqdır.
İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir;
Dövlət istiqrazının növü | Faizli, ortamüddətli dövlət istiqrazları |
Qiymətli kağızın ISIN kodu | AZ0106009886 |
Emissiya həcmi | 20 000 000 manat |
Nominal dəyəri | 100 manat |
İstiqrazların tədavül müddəti | 1092 gün |
Faiz ödənişləri (olduqda) | 14 sentyabr 2021-ci il, 15 mart 2022-ci il, 13 sentyabr 2022-ci il, 14 mart 2023-cü il, 12 sentyabr 2023-cü il, 12 mart 2024-cü il |
Faiz gəliri | 7.5 % |
Ödəmə tarixi | 12.03.2024 |
Anderrayter | “PAŞA Kapital İŞ” QSC |
Hərrac zamanı, qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.
Bundan əlavə, hərrac iştirakçıları tərəfindən istiqrazların alınması üçün verilən sifarişlərin həcmi Emitent tərəfindən hərraca çıxarılmış istiqrazların həcminin 20%-dən aşağı olduğu təqdirdə, Emitent bu sifarişləri qəbul etməyə bilər.
Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda isə, Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.
Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 3 gün sonra
-
-
3 gün sonra
Kapital bazarlarında növbəti yenilik - İlk zamanətli istiqrazlara investisiya fürsəti
- 8 d. əvvəl
- 48 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Ağ metal” yeni həftəyə də rekordla başlayıb - "Sarı metal"ı belə geridə qoyub
- 1 saat əvvəl
-
2 saat əvvəl
"Bank Respublika”nın Qızıl Seçim lotereyasının ilk tirajına 1 ay qaldı
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Biznesiniz üçün QISA NÖMRƏ alın
BOKT illik 16 faizlə daha 1 milyon manat borc alır
Azərbaycan startaplarının qlobal investorlara çıxış imkanlarının yaradılması üçün əməkdaşlıq başlayır
Hesablama Palatası bu nazirlikdə yoxlamalar aparır
“OPEC plus”un qərarından sonra neft bahalaşır
Rəsmi məzənnələr açıqlandı
İsveçrənin qərarı bəlli oldu: 50 faizlik vergi rədd edildi
Xam neft hasilatı 2026-cı ilin sonuna qədər sabit saxlanılır - Azərbaycan qərarı dəstəklədi
PULLU adam olmaq üçün ilk addımını at
OMİD Binədə yeni mağazasının təntənəli açılışını qeyd edib
Dənizdə külək enerjisi layihəsinə dair İcra Müqaviləsi imzalandı

















.jpg)



.jpg)

