ABŞ Konqresindən "maliyyə böhranı" xəbərdarlığı
ABŞ-da federal borclar 21 trilyon dollar olan milli gəlir rəqəminə çatıb. Konqres Büdcə Ofisi 2021-ci ildə bocların milli gəlirə nisbətinin 102% səviyyəsinə çıxacağı və maliyyə böhran riskinin artacağı xəbərdarlığını edib.ABŞ-da borcluluq nisbəti sürətlə artarkən Konqresdən "maliyyə böhranı riskində artım" xəbərdarlığı edilib.
Marja Konqres Büdcə Ofisinin hesabatına istinadən xəbər verir ki, federal borc miqdarının 2021-ci ilin sonunda milli gəlirin 102%-inə, 2051-də isə milli gəlirin 202%-inə çatması gözlənilir.
Uzun müddətdə faizlərin də artması və yaşlanan əhalinin tibbi xərclərinin artması ilə federal borc probleminin böyüyə biləcəyinə diqqət çəkən Ofis, "Artan borc yükü, bir maliyyə böhranı riskini artıra bilər və inflyasiyanın yüksəlməsilə birlikdə ABŞ dollarına güvənin azalması, dövlət və özəl sektor üçün maliyyə xərclərini artıra bilər" -qeyd edib.
ABŞ başda olmaqla inkişaf etmiş ölkələrdə inflyasiya ilə birlikdə faizlərin artması, inkişaf edən ölkələrə sərmayə axınlarını yavaşlada və inkişaf edən ölkələrdə də borcun ödənilməsi daha bahalı ola bilər.
2020-də milli gəlirin 14,9%-nə çataraq 1945-ci ildən sonra ən yüksək nisbətə çatan federal büdcə kəsirinin 2021-də 10,3%-ə geriləyəcəyi nəzərdə tutulsa da yüksək səviyyələrdə qalmağa davam etməsi gözlənilir.
Ofis, qarşıdakı illərdə epidemiyadan sonra iqtisadiyyatdakı yığışmaya paralel olaraq büdcə kəsirinin milli gəlirə nisbətində azalma gözləyərkən, 2025-ci ildən sonra isə büdcə kəsirin təkrar yüksələcəyini və 20 il ərzində yüksək səviyyələrdə qalacağını gözləyir.
Büdcə kəsirinin milli gəlirə nisbətinin 2029-da 5,7%-ə geriləməsi, ancaq 2051-də 13,3% olması gözlənilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 17 saat sonra
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 3 saat əvvəl
-
4 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz






















