“AG Bank”ın ekstradisiya edilən vəzifəli şəxsi hakim qarşısına çıxarılır
"AG Bank" ASC-nin külli miqdarda vəsaitini mənimsəməkdə ittiham edilən şəxslərinin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilən cinayət işi hakim Azər Paşayevin icraatındadır.
Cinayət işi üzrə təqsirləndirilən Həmidov Namiq Ramiz oğlu Azərbaycan Respublikasının Baş Prokurorluğunun Ukrayna Respublikasının Baş Prokurorluğuna etdiyi sorğusunun təmin edilməsi ilə əlaqədar Ədliyyə Nazirliyinin Beynəlxalq Əməkdaşlıq İdarəsinin vasitəçiliyi və Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə ölkəmizə ekstradisiya edilib.
O, Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsində istintaq edilən cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib.
İttihama əsasən, N.Həmidov 2012-2016-cı illər ərzində vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib "AG Bank" ASC-nin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmaqla əməlləri ağır nəticələrə səbəb olmasına, tamah niyyəti ilə informasiya resurslarına bilə-bilə yalan məlumatları daxil edərək vəzifə saxtakarlığı törətməsinə, öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş külli miqadarda özgə əmlakını mənimsəmə yolu ilə talamasına əsaslı şübhələr müəyyən edilib.
Onunla birlikdə Ruslan Quliyev və Pərviz Fərzəliyevə də Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) ittiham verilib.
İş üzrə zərərçəkmiş qismində Əmanətlərin Sığortalanması Fondu tanınıb.
Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyətinin 27 aprel 2020-ci il tarixli qərarları ilə “AG Bank” ASC-yə müvəqqəti inzibatçılar təyin olunub və ləğvetmə mərhələsindədir.
AYDA 59 MANAT ÖDƏNİŞLƏ 1500 AZN KREDİT!
“Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
13 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 17 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB






















