113 sahibkarı sərmayə ilə təmin edən layihə yekunlaşır – BU GÜN KONFRANS KEÇİRİLƏCƏK
Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Azərbaycan regionlarında dayanıqlı mikrosahibkarlığın inkişafının sürətləndirilməsi” (ADSMIRRA) layihəsinin Yekun Konfransını keçirəcək.
AMFA-dan Marja-ya daxil olmuş məlumata görə, ADSMİRRA layihəsinin ümumi məqsədi regionlarda yaşayan əhalinin gəlir əldə etmək və iş yerlərinin açılmasını dəstəkləmək üçün mikromüəssisələrin yaradılmasına və inkişafına dəstək vermək olmuşdur. Layihənin spesifik məqsədi Gəncə - Qazax, Quba - Xaçmaz, Şəki - Zaqatala və Kür - Araz (Aran) iqtisadi rayonlarda, bazar imkanlarını asanlaşdırmaq və sərmayə kapitalı ilə təmin etməklə öz bizneslərini qurmağa və ya genişləndirməyə imkan yaratmaq üçün kəndli mikrosahibkarların imkanlarını gücləndirmək olmuşdur.
Layihənin 30 aylıq müddətində 510 nəfər Maliyyə Savadlılığı təlimlərində iştirak edərək maliyyə vəsaitlərinin idarəedilməsində bilik və bacarıqlarını gücləndirmiş, 159 nəfər “Öz biznesinə başla və onu inkişaf etdir” təlimlərində iştirak edərək şəxsi bizneslərinə aid biznes planlar tərtib etmiş, 50 nəfər Kooperativlərin yaradılmasına dair təlimlərdə iştirak etmiş və nəticədə 3 kooperativ yaradılmış, 113 sahibkar yeni biznesə başlamaq və yaxud mövcud biznesi genişləndirmək üçün sərmayə kapitalı ilə təmin olunmuşdurlar.
Tədbir zamanı Avropa İttifaqının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin rəhbəri zati aliləri səfir Kestutis Yankauskasın, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) Prezidenti cənab Məmməd Musayevin, Azərbaycan Mikromaliyyə Assosiasiyasının idarə heyətinin sədri cənab Cəlal Əliyevin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin Sədri cənab Orxan Məmmədovun, Polşa Mikromaliyyə Mərkəzinin (MFC) müdir müavini xanım Katarzina Pavlakın, Turan Bank ASC-nin İdarə heyətinin sədri cənab Fəzail Musayevin, Azərbaycan Arıçılar Assosiasiyasının sədri cənab Bədrəddin Həsrətovun, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının sədri xanım Səkinə Babayevanın iştirakları gözlənilir.
ADSMİRRA layihəsinin Yekun Konfransını canlı yayımda izləmək üçün 04 mart 2021-ci il saat 10:00-da www.facebook.com/AMFA.Azerbaijan qoşulmağa dəvət edirik!
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 20 saat sonra
-
- 58 d. əvvəl
-
1 saat əvvəl
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
-
1 saat əvvəl
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanla BƏƏ arasında strateji tərəfdaşlığın vəziyyəti müzakirə olunub
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb
Tramp bu gün yeni FED sədrinin adını açıqlayacaq
Ən çox oxunanlar
Yanvarın 31-də gözlənilən hava şəraiti
Azərbaycanda ov mövsümünün müddəti uzadılıb
Qızıl və gümüş kəskin ucuzlaşıb
"Azərkosmos"un illik gəlirinin məbləği açıqlandı









.png)













