İlham Əliyev: “Laçın və Zəngilanda da aeroport tikəcəyik”
“Füzuli aeroportunun tikintisinə başlanıb”.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında bildirib.
Dövlət başçısı deyib ki, ərazinin operativ şəkildə minadan təmizlənməsinə başlanılıb: “Çünki, ilk növbədə, ərazini minalardan təmizləmək lazım idi. Bu proses başa çatmaq üzrədir. Operativ qaydada aeroportun uçuş-eniş zolağı və naviqasiya sistemi istifadəyə veriləcək. Füzuli aeroportu beynəlxalq aeroport olacaq. Uçuş zolağı ən ağır yük təyyarələri daxil olmaqla, bütün tip təyyarələri qəbul edə biləcək. Aeroportun tikintisinin nə zaman başa çatacağını söyləmək çətindir, çünki ərazinin minalardan təmizlənməsi məsələsi var. Biz aeroportun bu il istifadəyə verilməsini nəzərdə tutmuşuq. Əgər bütün işlər plan üzrə gedərsə, Füzuli aeroportu bu il payızın əvvəlində istifadəyə veriləcək. Bu aeroport həm ərazinin bərpa edilməsi üçün xaricdən gətirilən yüklərin qəbul edilməsinə, həm də Azərbaycan və qonşu ölkələrin vətəndaşların Şuşaya getməsinə imkan yaradacaq. Aeroportla bərabər Şuşaya iki avtomobil yolu inşa olunur. Bu yollardan biri “Zəfər yolu” adlanır. Həmin yolla Azərbaycanın xüsusi təyinatlı birləşmələri meşə və dərələrlə Şuşaya hərəkət edib. Digər yol isə aeroportdan Şuşaya birbaşa əlaqəni təmin edəcək. Əminəm ki, xaricdə yaşayan azərbaycanlılar, o cümlədən digər ölkələrin vətəndaşları bu imkandan yararlana biləcək”.
Prezident İlham Əliyev qeyd edib ki, bizim aeroportların tikintisi üzrə planlarımız Füzuli ilə məhdudlaşmır: “Biz, həmçinin, Laçın və Zəngilanda da aeroport tikəcəyik. Təbii bunlar həmin ərazilərin abadlaşdırılması və bərpası planları çərçivəsində həyata keçiriləcək. Zəngilan biz gözləyirik ki, çox vacib logistika mərkəzə çevriləcək. Bildiyiniz kimi, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın bəndlərindən biri Ermənistan ərazisi vasitəsilə Azərbaycan və Naxçıvan arasında nəqliyyat dəhlizinin yaradılması nəzərdə tutur. Bu dəhliz təbii ki, Türkiyənin Rusiya ilə əlaqəsini də yaradacaq. Buna görə bizim planlarımız böyükdür. Bu il ərzində biz onları həyata keçirəcəyik”.
Dövlət başçısı nəzərə çatdırıb ki, xüsusi investisiya proqramı təsdiqlənib: “Hansı ki, həmin ərazilərin bərpasını nəzərdə tutur. Çox geniş plandır. Biz artıq bağlanmış müqavilələr üzrə ilk ödənişləri də həyata keçirmişik”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
3 saat əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
- 3 saat əvvəl
- 5 saat əvvəl
-
7 saat əvvəl
Almaniya bankı: Bu il qızılın qiyməti 6 000 dollara yüksələ bilər
-
7 saat əvvəl
AKBA və Maliyyə Monitorinqi Xidməti arasında Anlaşma Memorandumu imzalanıb
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Nazir müavini işdən çıxarıldı
Azərbaycan və Türkiyə arasında yeni razılaşma
İnstagram, Facebook və WhatsApp-a abunəlik seçimi gəlir
Ən çox oxunanlar
İntensiv qar yağacağı gözlənilir - XƏBƏRDARLIQ
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Agentlik rəhbəri: Daha 30 min nəfərin kiçik bizneslərini qurmasına dəstək göstəriləcək
Aqrar Sığorta Fondu Şəmkir və Samuxda sığorta ödənişləri edib
“Azərlotereya” 2025-ci ildə 267 böyük uduş təqdim edib
Bakcell lotereyasında meqa uduşun qalibi bəlli oldu!
Azərbaycanda "Evini hissə-hissə al" satış modelinə start verildi
Azərbaycanda araq istehsalının həcmi 100 min dekalitrə çatdırılacaq

















