Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı 16 dəfə azalıb
Azərbaycana turist axını isə 6,3 dəfə azalıbKoronavirus (COVID-19) pandemiyasının yaratdığı böhran nəticəsində turizm sektorunda müşahidə olunan tənəzzül cari ilin ilk ayında da davam etmişdir.
Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2021-ci ilin yanvar ayında Azərbaycana dünyanın 105 ölkəsindən 36,1 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,3 dəfə az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmiş və baş tutmuş səfərlər əsas etibarilə qeyri-turizm məqsədilə həyata keçirilmişdir.
2021-ci ilin yanvar ayında ölkəmizə gələnlərin 34,1 faizi Rusiya Federasiyası, 28,4 faizi Türkiyə, 13,1 faizi İran, 11,7 faizi Gürcüstan, 2,1 faizi Ukrayna, 1,5 faizi Böyük Britaniya, 1,0 faizi Belarus, hər birindən 0,8 faiz olmaqla Özbəkistan və Türkmənistan, 0,7 faizi Qazaxıstan, 0,6 faizi Almaniya, 0,5 faizi İtaliya, 0,4 faizi ABŞ, 0,3 faizi Fransa, 4,0 faizi digər ölkələrin vətəndaşları olmuşdur. Gələnlərin 95,2 faizini kişilər, 4,8 faizini qadınlar təşkil etmişdir.
Ötən ilin eyni dövrü ilə müqayisədə cari ilin yanvar ayında Gürcüstandan gələnlərin sayı 15,1 dəfə, Qazaxıstandan - 12,6 dəfə, Türkmənistandan - 8,8 dəfə, Özbəkistandan - 6,0 dəfə, Rusiya Federasiyasından - 5,5 dəfə, Ukraynadan - 5,3 dəfə, Böyük Britaniyadan - 3,5 dəfə, İrandan - 2,8 dəfə, Belarusdan - 2,6 dəfə, Türkiyədən - 2,3 dəfə azalmışdır.
2020-ci ilin yanvar ayı ilə müqayisədə ümumilikdə körfəz ölkələrindən gələnlərin sayı 7,3 dəfə azalaraq 4,8 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 5,6 dəfə azalaraq 14,4 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 3,7 dəfə azalaraq 1,6 min nəfər olmuşdur.
Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 72,0 faizi dəmir yolu və avtomobil, 23,4 faizi hava, 4,6 faizi isə dəniz nəqliyyatından istifadə etmişdir.
2020-ci ilin yanvar ayı ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 15,6 dəfə azalaraq 27,8 min nəfər olmuşdur. Ölkə vətəndaşlarının 48,1 faizi Türkiyəyə, 14,8 faizi Rusiya Federasiyasına, 10,4 faizi Gürcüstana, 8,7 faizi İrana, 18,0 faizi digər ölkələrə səfər etmişdir. Gedənlərin 77,2 faizini kişilər, 22,8 faizini qadınlar təşkil etmişdir. Bu dövrdə ötən ilin eyni ayı ilə müqayisədə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 68,1 dəfə, Gürcüstana gedənlərin sayı 45,1 dəfə, Rusiya Federasiyasına gedənlərin sayı 17,8 dəfə, Türkiyəyə gedənlərin sayı isə 3,2 dəfə azalmışdır.
2021-ci ilin yanvar ayında xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 31,2 faizi dəmir yolu və avtomobil, 60,7 faizi hava, 8,1 faizi isə dəniz nəqliyyatından istifadə etmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
2 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 2 gün sonra
-
-
14 d. əvvəl
Bank of Baku-dan növbəti aksiya: sahilyanı ərazilər təmizləndi
-
37 d. əvvəl
Beynəlxalq uğur: “Olivea” London və Kanadada Qızıl medal qazandı
- 47 d. əvvəl
-
1 saat əvvəl
Kapital Bankın 50 milyon manatlıq istiqrazları ticarətə buraxılır - ŞƏRTLƏR
-
1 saat əvvəl
Xəzər sahilində və Sumqayıtın inkişaf edən hissəsində yeni mənzil fürsəti
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Regional” BOKT-un 1 milyon manatlıq istiqrazları ticarətə buraxılır - ŞƏRTLƏR
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Bank of Baku-dan növbəti aksiya: sahilyanı ərazilər təmizləndi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - YENİ SİYAHI
Ən çox oxunanlar
XalqKartda faiz hesablanan qalıq məbləği artırıldı
BakıKart artıq ABB mobile-da!
"Azərkosmos"dan 11 milyon dollarlıq ixrac
Qızıl 1-ci, pomidor 2-ci, mis filizləri 3-cü yerdə qərarlaşıb - Qeyri-neft sektoru üzrə ixrac rəqəmləri açıqlandı
























