Yaşı 16-dan aşağı şəxslərdən metal tullantılarının qəbulu qadağan olundu
Baş nazir Əli Əsədov “Əlvan və qara metal tullantılarının qəbulu, uçotu, radiasiya və partlayış təhlükəsizliyi baxımından müayinədən keçirilməsi Qaydaları”nın və “Əlvan və qara metal tullantılarının əldə edilmə mənbəyinə dair Tələblər”in təsdiq edilməsi haqqında qərar imzalayıb.
Qərara əsasən, “Əlvan və qara metal tullantılarının qəbulu, uçotu, radiasiya və partlayış təhlükəsizliyi baxımından müayinədən keçirilməsi Qaydaları” təsdiq edilib.
Həmçinin, “Əlvan və qara metal tullantılarının əldə edilmə mənbəyinə dair Tələblər” təsdiq edilib.
“Əlvan və qara metal tullantılarının qəbulu, uçotu, radiasiya və partlayış təhlükəsizliyi baxımından müayinədən keçirilməsi Qaydaları” “İstehsalat və məişət tullantıları haqqında” qanuna uyğun olaraq hazırlanıb, əlvan və qara metal tullantılarının qəbulu və dövriyyəsi zamanı qanunazidd hərəkətlərin qarşısının alınması, həmçinin radiasiya və partlayış təhlükəsizliyinin təmin edilməsi üzrə tələbləri müəyyən edir.
Bu Qaydalar hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən əlvan və qara metal tullantılarının qəbulu, uçotu, radiasiya və partlayış təhlükəsizliyi baxımından müayinədən keçirilməsi məsələlərini tənzimləyir. Azərbaycan Respublikasının ərazisində metal tullantılarının qəbulunu yalnız qara və əlvan metalların əridilməsi və bunun nəticəsində ərintilərin alınması obyektləri “Texniki təhlükəsizlik haqqında” qanuna əsasən, dövlət reyestrində təhlükə potensiallı obyektlər olaraq qeydiyyatdan keçmiş sahibkarlıq subyektləri həyata keçirir.
Belə obyektlər metal tullantılarının qəbulu, radiasiya və partlayış təhlükəsizliyi baxımından müayinənin keçirilməsi, insanların həyat və sağlamlığına, ətraf mühitə ziyan vurmadan saxlanılması üçün müəyyən şəraitə malik olmalıdır. Metal tullantıları yaşı 16-dan yuxarı olan fiziki şəxslərdən, habelə hüquqi şəxslərdən qəbul olunur. Fiziki şəxslərdən şəxsiyyəti təsdiq edən sənədlər tələb olunmadan metal tullantılarının qəbul edilməsinə yol verilmir. Fiziki və hüquqi şəxslərdən yalnız əldə edilmə mənbəyi məlum olan və Nazirlər Kabinetinin təsdiq etdiyi “Əlvan və qara metal tullantılarının əldə edilmə mənbəyinə dair Tələblər”ə uyğun metal tullantıları qəbul olunur. Metal tullantılarını qəbul edən sahibkarlıq subyektləri bu Qaydaların tələblərinə riayət etmədən metal tullantılarının təhvil verilməsi halları barədə dərhal aidiyyəti üzrə ərazi polis orqanına və ya Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidmətinə məlumat verməlidirlər. Metal tullantılarını qəbul edən sahibkarlıq subyektləri tərəfindən metal tullantılarının emalı üçün istifadə olunan texniki qurğular və avadanlıqlar “Texniki təhlükəsizlik haqqında qanuna uyğun olaraq sertifikatlaşdırılır.
Səthi yaxınlığında qamma-şüalanmanın MEDG (təbii fon çıxılmaqla) 0,2 mkZv/st aşmayan, tərkibində lokal mənbələr və alfa və beta-aktiv radionuklidlərlə səthi radioaktiv çirklənmə olmayan metal tullantıları partiyasının radiasiya təhlükəsizliyi üzrə heç bir məhdudiyyət qoyulmadan Azərbaycan Respublikasının ərazisində istifadə olunmasına yol verilir.
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 16 saat əvvəl
-
- 17 saat əvvəl
- 18 saat əvvəl
-
18 saat əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 18 saat əvvəl
-
18 saat əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
18 saat əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
19 saat əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
- 19 saat əvvəl
-
19 saat əvvəl
Sabah külək güclənəcək, yağıntı intensivləşəcək - Temperatur 5-8 dərəcə enəcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
“Coca-Cola” qadın jurnalistləri təbrik edir
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Ən çox oxunanlar
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB
ABB Dövlət Vergi Xidmətinin 2 mükafatını qazandı
Qlobal ərzaq qiymətləri 5 aydan sonra yenidən artıb



















