Azərbaycanın Gürcüstanla ticarət dövriyyəsi azalıb
Bu ilin yanvar ayında Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsinin dəyəri 86,154 milyon ABŞ dolları təşkil edib.
Bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilir.
Sənədə əsasən, ötən ay Azərbaycan Gürcüstanın ümumi ticarət dövriyyəsində 11,3 % payla qonşu ölkənin ticarət tərəfdaşları arasında Çin və Türkiyədən sonra III yeri tutub.
Ötən ilin eyni dövrü ilə müqayisədə Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsinin dəyərində 16 % azalma qeydə alınıb.
Son 1 ildə Gürcüstanın Azərbaycana ixracının dəyəri 24,4 % azalaraq 34,404 milyon ABŞ dolları, Azərbaycandan idxalının dəyəri isə 11,2 % azalaraq 51,75 milyon ABŞ dolları təşkil edib.
Gürcüstanın ümumi ixracında Azərbaycan 15,3 % paya sahib olmaqla qonşu ölkənin əsas ixrac tərəfdaşları arasında I yeri tutub. Gürcüstanın ümumi idxalında isə Azərbaycan 9,6% payla qonşu ölkənin Çin, Türkiyə və Rusiyadan sonra IV əsas idxal tərəfdaşı olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
3 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
3 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 4 saat əvvəl
-
5 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)
.jpg)


















