Qlobal borclar 2020-də rekord artıb
Beynəlxalq Maliyyə İnstitutunun hesabatına görə, qlobal borclar rekord artım qeyd edib və qlobal ümumi daxili məhsulun 355%-inə çatıb. İnkişaf edən ölkələr arasında borc nisbətinin ən çox artdığı ölkə Çin və Türkiyədir.Beynəlxalq Maliyyə İnstitutunun (IIF) hesabatına görə, qlobal borclar ötən il (pandemiya ili) 24 trilyon dollar artaraq 281,5 trilyon dollara yüksəlib.
Marja hesabata istinadən xəbər verir ki, inkişaf edən ölkələrdəki borclar ümumi daxili məhsulun 250%-nə çatıb. Ən böyük artımlar Braziliya, Koreya, Türkiyə, Birləşmiş Ərəb Əmrlikləri və Çində baş verib.
Qlobal borcların qlobal ümumi daxili məhsulun 355%-nə çatdığını qeyd edən İnstitut, bunun 2008 böhranındakı səviyyədən çox yüksək olduğunu bildirib.
Borclardakı artımın yarısını dövlət borclarının təşkil etdiyinə toxunan təşkilat, qlobal dövlət borclarının böyük bir hissəsinə inkişaf edən ölkələrin sahib olduğunu bildirib. IIF, 2021-ci ildə dövlət borclarının 10 trilyon dollar daha artaraq 92 trilyon dolları keçəcəyini nəzərdə tutur.
İnkişaf edən ölkələr arasında borc/ÜDM nisbətində ən böyük artım Çin və Türkiyədə baş verib. Türkiyədə və Çində müflisləşən şirkətlərin illik olaraq artdığını qeyd edən IIF, hökumətin dəstəyinin erkən dayandırmasının iflasları artıra biləcəyini vurğulayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
12 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur





.jpg)
.jpg)





.jpg)








