Sikkə dizaynerləri mükafatlandırıldı
“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) və Heydər Əliyev Mərkəzinin təsis etdiyi “Qarabağ inciləri” sikkə dizaynı müsabiqəsi sona çatıb. Bu gün Cəmiyyətin inzibati binasında təşkil edilən mükafatlandırma mərasimində müsabiqənin qalibləri açıqlanıb.
Tədbirdə çıxış edən “AzerGold” QSC-nin İdarə Heyəti sədrinin müavini Xəyyam Fərzəliyev dizayn müsabiqəsinin kifayət qədər maraqla qarşılandığını, müsabiqəyə ümumilikdə 887 layihənin təqdim olunduğunu bildirib. Qeyd edilib ki, qaliblər ölkənin tanınmış mütəxəssisləri, dizayner və rəssamlarından ibarət münsiflər heyəti tərəfindən növbəti mərhələyə vəsiqə qazanmış 195 layihə arasından estetik görünüş, konseptual mövzu, unikallıq və tətbiqə yararlılıq meyarları əsasında seçilib. Qalib gəlmiş dizayn nümunələrinin əsasında yeni sikkələrin istehsalının planlaşdırıldığını qeyd edən sədr müavini Qarabağın əsrlər boyu formalaşmış milli dəyərlər sisteminin elementlərinin yeni sikkələrdə öz əksini tapmasının məhsullara əlavə mənəvi dəyər qatacağını və bu nəsnələrin milli qızılımızın üzərində əbədi yaşayacağını qeyd edib.
Daha sonra çıxış edən Heydər Əliyev Mərkəzinin Heydər Əliyev irsinin tədqiqi və təbliği departamentinin direktoru Məhəbbət Mehdiyeva müsabiqənin gənc istedadların üzə çıxarılmasındakı rolundan danışaraq gələcəkdə də bu tip layihələrin mütəmadi qaydada icra edilməsinin yeni nəsil dizaynerlərin yetişməsində əhəmiyyətli olacağını bildirib. M.Mehdiyeva, həmçinin bildirib ki, müsabiqənin xalqımız üçün xüsusi önəm daşıyan Qarabağ mövzusuna həsr olunması təkcə rəssam və dizaynerlər deyil, ictimaiyyət nümayəndələri tərəfindən də böyük maraqla qarşılanmasına səbəb olub.
Daha sonra sikkə dizaynı müsabiqəsinin qalibləri qismində seçilmiş dizayn nümunələri və həmin layihələrin müəllifləri açıqlanıb. Belə ki, müsabiqənin münsiflər heyətinin yekun qərarı ilə “Daş izlər” adlı dizayn layihəsinin müəllifi Əli Əmirov 1-ci, “Laləzar körpüsü” adlı dizayn nümunəsinin müəllifi Emin Aslanov 2-ci və “Qarabağ – Həyat ağacı” dizayn nümunəsinin müəllifi Elnarə Dadaşzadə 3-cü yerin qalibi seçilib. Müsabiqənin sonuncu mərhələsində, onlayn səsvermə yolu ilə ən çox – 1528 səs toplamış Nərmin Rüstəmlinin “Şuşa Qarabağın incisidir” layihəsi isə “İzləyici rəğbəti” nominasiyasının qalibi olub. Mükafatlandırma mərasimində 1-ci yerin qalibinə 3000 AZN, 2-ci yerin qalibinə 2000 AZN, 3-cü yer və nominasiyanın qalibinə isə ayrı-ayrılıqda 1000 AZN məbləğində pul mükafatı və diplomlar təqdim olunub.
Müsabiqə ilə bağlı təəssüratlarını bölüşən laureatlar yarışmanın yeni istedadların ortaya çıxarılması və təşviqi baxımından böyük bir fürsət olduğunu bildirərək təşkilatçılara təşəkkür ediblər.
Xatırladaq ki, “AzerGold” QSC və Heydər Əliyev Mərkəzinin birgə təsis etdiyi “Qarabağ inciləri” sikkə dizaynı müsabiqəsi müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun Vətən müharibəsində əldə etdiyi parlaq qələbəyə həsr olunub. Dizayn müsabiqəsi işğaldan azad edilən Qarabağımızın qədim tarixi, mədəniyyəti, incəsənəti, qeyri-maddi mədəni irs nümunələrinin təbliğinə xidmət edir.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 15 saat sonra
-
- 50 d. əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Pulunu artırmaq istəyirsənsə, bu tədbiri ötürmə - Ekspertlər Bakıya gəlir
- 6 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb























