Göyçayda KOB Dostu fəaliyyətə başlayıb
İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) növbəti “KOB Dostu” ofisi Göyçay rayonunda fəaliyyətə başlayıb.
Marja-nın KOBİA-ya istinadən verdiyi məlumata görə, bugündən etibarən Göyçay və ətraf bölgələrdə fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarlıq subyektləri və öz biznesini qurmaq istəyən potensial sahibkarlar biznes fəaliyyəti ilə bağlı dəstək və xidmətlər üçün Göyçay “KOB Dostu”na müraciət edə bilərlər.
Göyçay “KOB Dostu” ofisi Göyçay şəhəri, Heydər Əliyev Mərkəzində yerləşir.
Göyçay “KOB Dostu” Aran iqtisadi rayonunda yeni KOB-ların yaranmasına və mövcud KOB-ların inkişafına hərtərəfli dövlət dəstəyini yerində təmin edəcək, bu məqsədlə mövcud dövlət dəstəyi mexanizmləri və Agentliyin xidmətləri (informasiya, məsləhət, hüquqi yardım, dövlət və özəl qurumlarla əlaqəndirmə, mövcud maliyyə resurslarına və bazarlara çıxış və s.) çərçivəsində sahibkarlara zəruri dəstək göstərəcək, KOB-ların maraqlarının müdafiəsi, qarşılaşdıqları çətinliklərin həlli istiqamətində dövlət-sahibkar əməkdaşlığı platforması çərçivəsində müvafiq tədbirlər görəcək. Həmçinin, Göyçay “KOB Dostu” sahibkarların inkişaf ehtiyaclarını və təkliflərini sorğular vasitəsilə öyrənəcək, KOB-lara göstərilən dəstək və xidmətlərin təkmilləşdirilməsi, əhatə dairəsinin genişləndirilməsi məqsədilə monitorinqlər aparacaq.
Qeyd edək ki, Göyçaydakı ofis KOBİA-nın sayca 24-cü “KOB Dostu” ofisidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 14 d. əvvəl
- 27 d. əvvəl
- 30 d. əvvəl
- 37 d. əvvəl
- 54 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur







.jpg)






.jpg)






