Türkiyə Mərkəzi Bankının sabahkı yığıncağından gözləntilər açıqlanıb
Qlobal sərmayə bankları Morgan Stanley və Unicredit Türkiyə Mərkəzi Bankının (TCMB) sabahkı yığıncağından gözləntilərini açıqlayıblar. Marja xəbər verir ki, hər iki təşkilat faizlərdə dəyişiklik gözləmir.
Unicredit pul siyasəti faizinin 17%-də qalacağını nəzərdə tutur.
Unicredit-in iqtisadçılarına görə, inflyasiyada sürətlənmə olsa Mərkəzi Bank faiz artırmağa davam edəcəkdir.
İqtisadçılar "bu ilin ilk yarısında faizləri dəyişdirilməyəcəyi proqnozumuzu qoruyuruq. May ayında başlayacaq deflyasiya prosesi ilə ilin ikinci yarısında siyasət faizinin 12%-ə endiriləcəyini düşünürük", - bildiriblər.
Morgan Sanley isə hesabatında sabahkı yığıncaqda faiz nisbətlərində dəyişiklik gözləmədiklərini, ancaq "şahin" ifadənin davam edəcəyini nəzərdə tutur.
Hesabatda "İnflyasiya hələ bankın hədəfinin üzərindəykən və iqtisadi artım hələ güclüykən Mərkəzi Bankının 18 Fevralda faizləri dəyişdirməyəcəyini ancaq inflyasiyadakı yuxarı istiqamətli risklər səbəbilə "şahin" ifadəsini davam etdirəcəyini düşünürük", - ifadəsi yer alıb.
Naci Ağbalın dövründə Türkiyə Mərkəzi Bankı faizini 6,75 bənd artırılaraq 10,25% səviyyəsindən 17%-ə qaldırıb.
Qeyd edək ki, son vaxtlar Türk Lirəsi Dollar qarşısında bahalaşıb. Dünən Dollar/TL məzənnəsi 7 səviyyəsindən də aşağı düşüb. Lirənin güclənməsi inflyasiyanın artması risklərini azaldır.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 15 saat əvvəl
-
- 15 saat əvvəl
-
17 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz























