Avtomobil krediti bərpa olundu - 20% ilkin ödəniş, 5 ilədək
Azərbaycanda 10 markanın rəsmi distrubyutoru olan “Avtolux Azərbaycan” şirkəti avtomobillərin 5 illik kreditlə satışına başlayıb.
Tələblərə görə, yeni avtomobilin kreditlə satışı zamanı ilkin ödəniş 40% olmalıdır. “Avtolux Azərbaycan” şirkətində isə ilkin ödəniş 20% təşkil edir.
“Avtolux Azərbaycan” şirkətinin direktoru İbrahim Əhmədov “Marja”ya bildirdi ki, yenicə olaraq “Xalq Bank” ilə əməkdaşlıq çərçivəsində avtomobillərin kreditlə satışına başlanılıb. Müştərinin ödəyəcəyi ilkin ödəniş 20%, kredit faizi 17%, müddət isə 5 ilədəkdir.
“Qaydalara görə, avtomobil kreditində ilkin ödəniş minimum 40% olmaldır. Biz müştərilərin rahat avtomobil almalarını təmin etmək üçün, 40 faiz olan ilkin ödənişin 20%-ni üzərimizə götürmüşük. Yəni, ilkin ödənişin 20%-ni müştəri, 20 faizini isə şirkətimiz ödəyir”.
Bu gün “Avtolux Azərbaycan” şirkəti yeni “Jeep Renegade Trailhawk” modelinin təqdimatını keçirib. Bu avtomobili 10600 manat ilkin ödəniş etməklə, 5 il müddətinə, 1053 manat aylıq ödənişlə əldə etmək olar.
“Jeep Renegade Trailhawk” modelinin təqdimat mərasimindən öncə keçirlmiş mətbuat konfransında “Avtolux Azərbaycan” şirkətindən brend meneceri Azər Cəlilov bildirdi ki, Renegade modeli 2.4 litr, 184 at gücündə mühərriklə və 9 pilləli avtomatik transmissiya ilə təchiz edilir. Avtomobilin qiyməti 53 min manatdır. Maksimum 180 km/saat sürətlə hərəkət edə bilən Jeep Renegade modeli, 100 km-ə orta hesabla 8.1 litrlik yanacaq sərf edir. Renegade modeli 351 litrlik baqaj həcmilə də uzun səyahətlər üçün yetərli yükləmə imkanı təqdim edir.
Qeyd edək ki, “Avtolux Azərbaycan” şirkəti “Fiat”, “Fiat Professional”, “Jeep”, “Dodge”, “Chrysler”, “Alfa Romeo”, “Abarth”, “Ferrari”, “Aston Martin” və “Lamborgini” brendlərinin Azərbaycanda rəsmi distribyutorudur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
2 saat əvvəl
Azərbaycan-İran dövlət sərhədində yük avtomobillərinin hərəkəti tam dayandırılıb
-
- 2 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycan və İsrailin xarici işlər nazirlərinin telefon danışığı olub
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Bakı-Naxçıvan-Bakı marşrutu üzrə reyslər ləğv olunub, Bakı-İğdır-Bakı aviareysləri təyin edilib
- 5 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Bank of Baku-da maliyyə savadlılığı günü
Expressbankdan bayram təklifi!
Müdafiə Nazirliyi: İran Naxçıvana 4 dron yönləndirib, onlardan 1-i Azərbaycan Ordusu tərəfindən sıradan çıxarılıb
Bayramov və Fidan arasında telefon danışığı aparılıb
Ən çox oxunanlar
Bakı-Naxçıvan-Bakı marşrutu üzrə reyslər ləğv olunub, Bakı-İğdır-Bakı aviareysləri təyin edilib
İlham Əliyevin sədrliyi ilə iclas keçirildi - "İran rəsmiləri tərəfindən izahat verilməlidir, üzr istənilməlidir"
Dron hücumu ilə bağlı cinayət işi başlanıb
Dövlət Neft Fondunun İcraçı direktoruna müşavir təyin edilib
“Entrust” və “AzInTelecom” memorandum imzalanıb
SOCAR və “Pertamina” şirkətləri arasında əməkdaşlıq əlaqələrinin inkişafına diqqət yetirilib




















