PAŞA Bankda bir sıra xidmətlər ödənişsiz olacaq

Ölkənin aparıcı korporativ bankı PAŞA Bank, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyasının aşağı gəlirli əhali qrupunun bank xidmətlərindən səmərəli istifadəsinin təmin edilməsi istiqamətindəki “Baza bank xidmətləri paketi” layihəsinə qoşulub.
“Baza bank xidmətləri paketi” layihəsi çərçivəsində vətəndaşlar, milli valyutada hesab aça və bir sıra digər xidmətlərdən ödənişsiz olaraq yararlana biləcək.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən işsiz və xüsusi karantin rejiminə görə gəlirini itirən qeyri-formal işləyən aztəminatlı şəxslərə ayrılmış 190 AZN müavinəti PAŞA Bankdan alan vətəndaşlara debet kartları ödənişsiz surətdə təqdim olunacaq.
Xatırladaq ki, Bank, daha öncə Bakıda və bölgələrdə məskunlaşmış aztəminatlı ailələrin özünüməşğulluğunun təmin olunmasına dəstək vermək məqsədilə onlara müxtəlif fəaliyyət sahələrində öz bizneslərini qurmaq üçün təmənnasız şəkildə lazımi avadanlıqlar təqdim edib. Beləliklə də, ölkədə “COVID-19” pandemiyasının mənfi təsirlərini azaltmağa yönələn dövlət proqramlarını dəstəkləyən PAŞA Bank, ümumilikdə 40-dan çox ailəyə dəstək göstərib.
“Baza bank xidmətləri paketi” haqqında ətraflı məlumatla buradan tanış ola bilərsiniz.
PAŞA Bankda “Asan İmza”nı əldə etmə imkanı
Azərbaycanın aparıcı korporativ bankı PAŞA Bank mövcud korporativ müştərilərin, eləcə də bank hesabı açmaq üçün filiallara müraciət edən sahibkarların və hüquqi şəxslərin xidmətdən rahat şəkildə faydalanmasını təmin etmək üçün daha bir yeniliyi təqdim edir. Belə ki, Sədərək şöbəsinə müraciət edən müştərilər artıq “Asan İmza”- gücləndirilmiş mobil elektron imzanı əldə etmək üçün vergi idarələrinə və “ASAN Xidmət” mərkəzlərinə getmədən yerində bunu həyata keçirə biləcəklər.
Gücləndirilmiş mobil elektron imza -“Asan İmza”sı olan müştərilər, müxtəlif əməliyyatlarını onlayn həyata keçirə və sənədləri elektron formada imzalaya bilərlər. Müştərilər PAŞA Bank-ın PAŞA Biznes mobil tətbiqi və ya Onlayn Bank platforması vasitəsilə Banka gəlmədən, vaxt itirmədən hesablarına nəzarət edə və bir sıra əməliyyatları həyata keçirə bilərlər.
Qanunvericiliyə əsasən “Asan İmza” fiziki imzaya bərabərdir və bu səbəbdən istifadəçilərin identifikasiyası ilə bağlı bütün prosedurlar, təhlükəsizliyin təmin edilməsi, kriptoqrafiyanın bütün dünya standartlarına uyğunluğa görə istifadəçilərin maraqlarının təmin edilməsi baxımından ciddi şəkildə riayət olunur. Xidmətdən yararlanmaq üçün müştərinin aktiv “Bakcell” və ya “Nar” mobil nömrəsinin olması zəruridir. “Azercell” abunəçiləri “Asan İmza”nı yalnız bu operatorun “Asan İmza” SİM kartı ilə aktivləşdirə bilərlər.
Qeyd edək ki, yaxın zamanda “Asan İmza”-nı PAŞA Bankın digər filiallarında da əldə etmək imkanı yaradılacaq.
Daha ətraflı məlumat üçün PAŞA Bankın Əlaqə Mərkəzinə müraciət edin: * 8123 / (+99412) 4965004 (korporativ müştərilər üçün), * 9123 / (+99412) 4965000 (fiziki şəxslər üçün).
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 7 saat sonra
-
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Prezident İlham Əliyev Kopenhagendə Niderlandın Baş naziri ilə görüşüb
-
9 saat əvvəl
15000-dən çox ticarət məhsulu, 6 ticarət platforması, 24/7 müştəri dəstəyi
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Mərkəzi Bankın sədri Zakir Nuriyevi qəbul edib, 65 illik yubileyi münasibətilə təbrik edib
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

İrşad-da 3-5 oktyabrda "Yaşıl Cümə" başlayır

Almaniya şirkəti SOCAR-dan əlavə qaz almaq istəyir - GÖRÜŞ

İlham Əliyevin Emmanuel Makron ilə görüşü olub

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Mərkəzi Bankın sədri Zakir Nuriyevi qəbul edib, 65 illik yubileyi münasibətilə təbrik edib
Ən çox oxunanlar

"Bolt Food" Azərbaycanın daha 2 şəhərində xidmət göstərməyə başlayıb

BOKT Qazaxda filialını açır

ABB mobile indi daha dinamik, əyləncəli və qazanclı!

445 MVt gücündə Günəş Elektrik Stansiyası - ilk panelin quraşdırılması mərasimi keçirilib

“PAŞA Real Estate” və “ADA” Universiteti gələcək istedadların inkişafında birgə fəaliyyət göstərir
