Yardımlıda yenidən üzümçülüyün dirçəldilməsinə başlanılıb
Sovetlər dönəmində rayonda hektarlarla sahədə yüksək məhsuldar üzüm bağları mövcud idi. Hətta Yardımlıda iki üzümçülük zavodu da fəaliyyət göstərib. Lakin o dövrdə aparılan antialkoqol kampaniyası nəticəsində üzüm bağları kortəbii şəkildə məhv edilib və bu gəlirli sahə, bir növ, sıradan çıxarılıb. Uzun illərdən sonra Yardımlı rayonunda yenidən üzümçülüyün dirçəldilməsinə başlanılıb.
Yardımlının Gavran kəndində üzüm bağında söhbət etdiyimiz Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin sektor müdiri Bilal Fərruxov bildirib ki, son illər fermerlərin üzüm sahəsinə olan marağı artıb: “Rayonda üzümçülüyü yenidən inkişaf etdirmək istəyirik. Yardımlının torpaq-iqlim şəraiti üzümçülük üçün əlverişlidir. Buna görə də fermerlərin bu sahəyə marağı ildən-ilə artır”.
Onun sözlərinə görə, ucqar dağ rayonu olan Gavran kəndində yeni salınan üzüm bağı hələ ki, məhsula düşməyib. Lakin növbəti illərdə bu bağdan 10 ton məhsul götürüləcəyi planlaşdırılır.
Üzüm bağının sahibi Əhməd Əliyev deyib ki, bağın ərazisi 1 hektardır. “Çoxdan idi üzüm bağı salmaq istəyirdim. Bu bağda Moldovadan gətirdiyim süfrə üzüm sortu əkmişəm. İki ildir bağa qulluq edirik, bütün texniki qaydalara əməl olunur. Gələn ildən məhsul götürəcəyimizi düşünürəm”.
Hazırda rayonda 4 hektar sahədə, yerli şəraitə uyğunlaşmış üzüm tingləri əkilərək, yeni üzüm bağları salınıb. Əkilən üzüm tinglərinin bir hektarı Gavran, iki hektarı Şıxlar, bir hektarı isə Arus kəndi ərazisindədir. Tinglərin suvarılması üçün damcı üsulu ilə müasir suvarma sistemi qurulub.
Azərtac
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
1 saat əvvəl
“NEO BOKT” 2025-ci ili zərərlə başa vurub, aktivlər kəskin azalıb
-
-
2 saat əvvəl
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
- 3 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
22 saat əvvəl
BOKT “International”ın xalis mənfəəti 15% artıb, aktivləri 60 milyon manatı keçib
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“NEO BOKT” 2025-ci ili zərərlə başa vurub, aktivlər kəskin azalıb
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
79 və 119 nömrəli marşrut xətlərində avtobuslar yenilənir
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Ən çox oxunanlar
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb






.jpg)






.jpg)



.jpg)







