Azərbaycanda amerikan mənşəli məhsuldar badam ağacları əklir
Yaxın gələcəkdə Azərbaycan badama olan tələbatı yerli istehsal hesabına ödəyə biləcək. Bunun üçün ölkəmizdə yeni badam bağları salınır. Qusarda on, Cəlilabadda iki, Abşeronda isə bir hektar ərazidə badam tinglərinin əkini yekunlaşıb. Hazırda isə Şabran rayonu ərazisində 20 hektar badam bağının salınması üzrə işlər davam etdirilir.
Bu barədə Kənd Təsərrüfatı Nazirliyinin Qubada yerləşən Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru İlham Qurbanov məlumat verib.
Yeni badam bağlarının salınmasında bu işdə böyük təcrübəyə malik ispaniyalı mütəxəssislər yaxından iştirak edirlər.
İlham Qurbanov bildirib ki, əvvəlcə institutunun nümayəndə heyəti İspaniyaya gedərək superintensiv meyvə bağları ilə tanış olub. Bundan sonra yerli şirkətlərdən biri ilə Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu arasında müqavilə imzalanıb. Razılığa əsasən Azərbaycanda yeni meyvə sortlarının sınaqdan çıxarılması və müasir tingçilik təsərrüfatının yaradılması nəzərdə tutulub.
“Bu ildən ölkəmizdə yeni badam bağlarının salınmasına başlamışıq. İlk 10 hektar badam bağı Qusar rayonunda salınıb. Daha sonra Cəlilabad və Abşeron rayonlarında, ümumilikdə, 3 hektar ərazidə badam tingləri əkilib. Hazırda isə Şabranda bu proses həyata keçirilir. Burada 20 hektar badam bağının salınması işləri artıq yekunlaşmaq üzrədir. Badam tinglərinin əkilməsi prosesində ispaniyalı mütəxəssislər birbaşa iştirak edərək, yerli təsərrüfatçıları təlimatlandırıblar. Yeni bağların salınması zamanı Azərbaycanda ilk dəfə tirə üsulu ilə ağac əkilməsi tətbiq olunub. Badam bitkisinin yetişdirilməsi üzrə texnologiyaya əsasən tirə üsulu daha çox şoranlıq, qurunt sularının çox olduğu ərazilərdə səmərəli sayılır. Tirə üsulu ilə əkin zamanı ağacın kökləri çox dərinə getmir. Badam bağları damcı üsulu ilə suvarılır”, - deyə institutun direktoru qeyd edib.
İlham Qurbanov bildirib ki, Azərbaycanda əkilən badam sortu amerikan mənşəlidir. “Guara” adlanan badam növünə aid tinglər 3 ildən sonra məhsul verəcək: “Dünyada ən çox badam ABŞ-ın Kaliforniya ştatında yetişdirilir. Burada badam bağlarının 45 faizində bu sort becərilir. Sortun özəlliyi ondadır ki, gec çiçəkləyir, şaxtaya və quraqlığa davamlıdır. Ləpə çıxımı da təxminən 35 faizdir. Bu badam bağları hər hektara görə 6-10 ton arasında məhsul verir. Ölkəmizin iqlim şəraitinə tam uyğun sortdur”.
Ölkəmizin badama olan tələbatını yerli istehsal hesabına ödəməyin qarşıya qoyulan əsas məqsədlərdən biri olduğunu söyləyən institut direktoru deyib:
“Prezident İlham Əliyevin sədrliyi ilə aprelin 17-də Yevlaxda qeyri-neft ixracatçılarının respublika müşavirəsində də dövlətimizin başçısı yerli istehsalın artırılması ilə bağlı tapşırıqlarını verdi. Prezident qeyd etdi ki, qeyri-neft ixracını artırmaq üçün, ilk növbədə, daxili tələbatı yerli məhsullarla təmin etməliyik və biz buna yaxınlaşırıq. Fikirləşirəm ki, Azərbaycanda yetişdirilən badamı xaricə ixrac etmək üçün də geniş imkanlar mövcuddur. Biz yeni sort badamın ölkəmizdəki təsərrüfatlarda yayılmasına çalışacağıq. Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu tərəfindən xaricidən gətirilən badam sortunun tinglərinin istehsalı üçün də iş aparılır. Bununla da gələcəkdə Azərbaycana meyvəsi ilə yanaşı, badam tinglərinin idxalının da qarşısı yerli istehsal hesabına alınacaq”.
Dünya bazarında badama böyük tələbat var və bir çox ölkədə əsas valyuta gətirən məhsullardan sayılır. Azərbaycanda isə mövcud badam bağlarının sahəsi 500 hektara yaxındır. Onların çoxu Naxçıvan Muxtar Respublikasında yerləşir.
Hər il Azərbaycana ABŞ, Türkiyə və başqa ölkələrdən 400-500 ton badam idxal olunur. Yerli bazarlarda badamın kilosu 20 manatdan baha satılır.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
- 1 gün sonra
-
- 14 saat sonra
-
1 gün əvvəl
“Natura” meyvə şirəsi brendinin təşəbbüsü ilə Laçında ağacəkmə aksiyası keçirilib
-
1 gün əvvəl
“PAŞA Holding” Zəfər Günü münasibətilə şəhid övladlarına bayram sovqatları çatdırır
-
1 gün əvvəl
Zəfərin izi ilə: “AS Group”un sosial və infrastruktur layihələri
-
1 gün əvvəl
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Bank Zəfər Gününə özəl, daha aşağı faizlə kredit verir
Biznesiniz üçün QISA NÖMRƏ alın
Zəfərin izi ilə: “AS Group”un sosial və infrastruktur layihələri
Noyabrın 9-da gözlənilən hava şəraiti
Bakıda Zəfər muzeyinin açılışı olub
Ən çox oxunanlar
Paşinyan: İlk addımda qəbul etməliydik ki, Qarabağ Azərbaycanın tərkibində olmalıdır, bu, mənim səhvim idi
Azərbaycan Zəfər Gününü qeyd edir
Bank Naxçıvanda yeni konsepsiya ilə filial açıb
Mercedes-Benz EQS — səssiz və güclü performans
MÜSİAD strateji sahələrdə mövcud güzəştlərin tədricən dayandırılmasının, istehsal üçün ƏDV və enerji tariflərində davam etdirilməsinin tərəfdarıdır
“McDonald's Azərbaycan” və DSMF şəhid övladlarının iştirakı ilə teatr tamaşası təşki edib - FOTO
Hərbçilərə özəl Zəfər kampaniyası!
















.jpg)


