İş adamlarından AccessBank-a 5!
İlin əvvəlində nağdsız hesablaşmalarla bağlı qanunda edilən dəyişiklikləri nəzərə alaraq AccessBank fərdi sahibkarların, həm də hüquqi şəxslərin biznesinin aparılmasını əhəmiyyətli dərəcədə asanlaşdıran xüsusi “Biznesə 5D” kampaniyasına başladı.
Kampaniya çərçivəsində iş adamlarının daha çox ehtiyac duyduğu 5 məhsul və xidmət pulsuz təklif edildi. Bunlar:
- Cari hesablar
- Əməkhaqqı Layihələri
- Müştərinin VÖEN hesabına bağlı Biznes Kart
- Pos-terminal
- Onlayn bankinq olmuşdur.
Kampaniya sahibkarlar tərəfindən çox böyük maraqla qarşılandı və bunun nəticəsində bankın müştəri sayı xeyli artdı. Bankın təklif etdiyi sərfəli şərtlərlə AccessBank-da cari hesab açan müştərilər, həm də VÖEN hesabına bağlı Biznes Kart da əldə edirlər. Bankın təqdim etdiyi biznes kart vasitəsilə iş adamları cari hesablarında toplanan vəsaitləri banka gəlmədən idarə etmək və biznes fəaliyyəti ilə bağlı vergi, gömrük, işçilərin ezamiyyə xərclərini, kommunal ödənişləri və s. həyata keçirmək imkanı qazanırlar.
Kampaniya çərçivəsində iş adamlarının ən çox yararlandığı xidmətlərdən biri də Əmək haqqı layihələridir. Layihə çərçivəsində AccessBank-dan əmək haqqı kartı əldə etməklə, müəssisə rəhbərləri Bankın filiallarına gəlmədən, işçilərin əmək haqqlarını bankın müasir onlayn bankinq sistemi olan - myAccess vasitəsilə hesablara köçürmə imkanı əldə edir, işçilər isə, bankın AccessQazanc layıhəsindən yararlanaraq bankın kartları ilə ödəniş etdikdə xərclədikləri vəsaitlərin bir hissəsini kartlarına geri qazanırlar. Bundan başqa, kampaniyadan yararlanan müəssisə rəhbərləri və əməkdaşlarına “Yığım” əmanətini 30 AZN-dən başlayaraq açmaq və standart illik faiz dərəcəsinə 1%-in əlavə olunması imkanı, həmçinin“Nağd” kredit və kredit kartlarını standart illik faiz dərəcəsindən 2% aşağı əldə etmək imkanı təqdim olunur.
Bankın təklif etdiyi POS-terminalları əlverişli şərtlər əsasında quraşdırmaqla iş adamları ticarət və xidmət obyektlərində bütün ödənişləri nağdsız olaraq həyata keçirmək imkanı əldə edirlər.
“Biznesə 5D təklifi iş adamlarının biznesinin asanlaşdırılması üçün yaradılmışdı və onlar tərəfindən rəğbətlə qarşılandı. Müştərilər tərəfindən aldığımız rəylər əsasında bir daha əmin olduq ki, biz təkliflər paketinə onlar üçün ən uyğun olan və iş həyatında ən çox ehtiyac duyulan məhsul və xidmətləri daxil etmişik. Buna görə də biz kampaniyanın müddətini 30 iyun 2017-ci il tarixinə qədər uzatdıq” - AccessBank-ın Marketinq və Satış departamentinin rəhbəri Günay Cəlilova deyə qeyd etdi.
AccessBank-ın iş adamlarına təqdim etdiyi “Biznesə 5D” kampaniyası çərçivəsində xidmət və məhsulları haqqında daha ətraflı məlumatla, Bankın rəsmi internet səhifəsində daha ətraflı tanış ola bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
20 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 20 saat əvvəl
-
22 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 22 saat əvvəl
- 22 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək























