Rusiya Azərbaycanın 51 pomidor və 37 alma istehsalı müəssisəsinə icazə verib
Azərbaycan Respublikasından Rusiya Federasiyasına ixrac olunan pomidor və alma məhsullarına tətbiq edilən məhdudiyyətlərin tamamilə aradan qaldırılması istiqamətində AQTA və aidiyyəti qurumlarla birgə müvafıq tədbirlər davam etdirilir.
Agentlikdən bildirilib ki, aparılan danışıqlar çərçivəsində bu günədək Agentlik tərəfindən ölkə ərazisi üzrə fəaliyyət göstərən 275 pomidor, 37 alma istehsalı və ixracı ilə məşğul olan müəssisə haqqında zəruri məlumatlar rəsmi qaydada Rusiya Federasiyasının müvafiq qurumuna təqdim olunub. Təqdim olunan məlumatlar əsasında, bu günədək 51 pomidor və 37 alma istehsalı müəssisəsinə məhsulların ixracı üçün icazələr verilib.
Qeyd edək ki, Rusiya Federasiyasına alma ixracına icazə verilmiş müəssisələrin ixrac potensialı 88232 ton təşkil edir ki, bu da 2020-ci il ərzində Rusiyaya ixrac olunan 66924 ton alma məhsulunun 131,8 %-i həcmindədir. Eyni zamanda pomidor ixracına icazə verilmiş müəssisələrin ixrac potensialı 164558 ton təşkil edir ki, bu da 2020-ci il ərzində Rusiyaya ixrac olunan 179956 ton pomidor məhsulunun 91,4 %-ni təşkil edir.
Hazırda AQTA ilə Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin mütəxəssislərinin iştirakı ilə ölkə ərazisində fəaliyyət göstərən istixanalarda onlayn rejimdə videomonitorinqlər davam etdirilir. Həyata keçirilən birgə tədbirlərin nəticəsilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
- 28 d. əvvəl
-
1 saat əvvəl
“Azerconnect Group” korporativ tərəfdaşları üçün AdTech xidmətini təqdim edib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
-
1 saat əvvəl
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
ABB-dən gənc şahmatçı Xaqan Əhmədə dəstək!
Meta-nın gəliri 24 faiz artıb
2025-ci ildə Tesla-nın gəliri və mənfəəti azalıb
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
Ən çox oxunanlar
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
Azvak.az-da yayımlanmış yeni iş elanları
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
S&P 500 rekord səviyyəyə yüksəlib




















