Banka Marketinq üzrə menecer tələb olunur - VAKANSİYA
AFB Bank Satış Strukturunun Marketinq üzrə meneceri vəzifəsinə vakansiya elan edir.
Vəzifə: Marketinq üzrə menecer
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)
Ünvan: Bakı şəhəri.
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
-Ali təhsil;
-Ən az 3 (üç) il iş təcrübəsinin olması (bank sahəsində iş təcrübəsi üstünlükdür);
-Mükəmməl Azərbaycan, Rus, İngilis dili bilikləri;
-MS Office proqramlarında işləmək bacarığı;
-Ünsiyyət qurmaq və Problem həlletmə bacarığı;
-Komandada işləmək bacarığı;
İŞİN TƏSVİRİ:
-İdarəetmə orqanlarının və struktur bölmələrinin əmr, qərar, sərəncam, məktub və digər normativ, habelə tövsiyə xarakterli məlumatlarını əldə etmək;
-Məhsullar, xidmətlər, onların şərtləri və tarifləri, satış standartları ilə bağlı əmr, qərar, sərəncam, məktub və digər normativ, habelə tövsiyə xarakterli məlumatları əldə etmək;
-Əmək müqaviləsi, Bankın Nizamnaməsi, idarəetmə orqanlarının əsasnaməsi, habelə fəaliyyətinə dair digər bankdaxili korporativ aktlarla müəyyənləşdirilən başqa səlahiyyətləri həyata keçirmək;
-Mövcud, yeni yaradılmış bank məhulları barədə müxtəlif kommunikasiya kanalları vasitəsilə potensial müştərilərə məlumatın çatdırılması;
-Bankın müsbət imici üçün ictimaiyyətlə əlaqələrin qurulması və Bankın ictimaiyyəti maraqlandıran mövzularda mövqe bildirməsini təmin etmək;
-Müxtəlif kommunikasiya kanalları üçün müvafiq məzmunların seçilməsi, yaradılması, təchizatçıların cəlb edilməsi, Bank daxilindəki və xaricindəki təchizatçılara yaradıcı tapşırıqların verilməsi;
-Tabeçiliyində olan əməkdaşlara verilən tapşırıqların və vəzifə öhdəliklərinin vaxtında, düzgün və keyfiyyətlə icra edilməsinə nəzarət etmək, çatışmazlıqların aradan qaldırılmasını təmin etmək;
-Digər Bankların müvafiq sahə üzrə fəaliyyətinin izlənilməsi, təhlili və müvafiq təkliflərin verilməsi;
-KİV-nin izlənilməsi və ehtiyac olduğu təqdirdə böhran kommunikasiyanın tətbiq edilməsi;
-Filiallar, şöbələr və digər təmas nöqtələri üçün materialların hazırlanması ;
-Bankın marketinq büdcəsinin hazırlanması və təqdim edilməsi;
-Bankın strateji hədəflərinin yerinə yetirilməsi üçün marketinq fəaliyyətinin uyğunlaşdırılması, planların hazırlanması və təkliflərin verilməsi;
-Dövrü hesabatların hazırlanması və təhlili.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Marketinq üzrə menecer” qeydi edərək [email protected] elektron ünvanına göndərməyini xahiş edirik.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 6 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
























