Azərbaycan Qazaxıstan soğanının yararsız olduğunu açıqladı
Pomidorumuza məhdudiyyət tətbiq edən Qazaxıstanın keyfinə soğan doğrayacaq xəbərRespublikasından ölkəmizə idxal edilən soğan məhsulunun istehlak üçün yararsız olduğu aşkarlanıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirləri davam etdirilir.
Agentlikdən Marja-ya daxil olmuş məlumata görə, Qazaxıstan Respublikasında fəaliyyət göstərən "ТИМУР" fərdi sahibkar tərəfindən istehsal olunan və Azərbaycan Respublikasına “TechnicAz” MMC tərəfindən idxal olunan 650 ton soğan məhsuluna Agentliyin müfəttişləri tərəfindən baxış keçirilib. Baxış zamanı idxal olunan məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub.
Müayinələr nəticəsində məlum olub ki, məhsullarda nitratın qalıq miqdarı qüvvədə olan texniki normativ aktlarda müəyyən edilən həddən xeyli yüksəkdir və istehlak üçün yararsızdır.
Agentlik tərəfindən məhsulların istehlak üçün yararsız olması ilə bağlı qərar qəbul edilib və həmin məhsul partiyasının satışına icazə verilməyib. Hazırda qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlər görülür.
Məlum olduğu kimi, ölkəmizdən Qazaxıstan Respublikasına ixrac olunan pomidor məhsulunda qonur qırışıqlıq virusunun aşkarlanması iddiası ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə 08-15 yanvar 2021-ci il tarixlərində ümumilikdə 17 bildiriş daxil olub və 16 yanvar 2021-ci il tarixindən etibarən respublikamızdan bu ölkəyə pomidor məhsullarının ixracına müvəqqəti məhdudiyyət tətbiq edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 1 gün sonra
-
-
7 d. əvvəl
Azərbaycanın “Aqro-Vest DC” şirkəti Rusiyanın "NP "Konfil" şirkətinin rəsmi distribüteri oldu
- 47 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
-
2 saat əvvəl
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Meta-nın gəliri 24 faiz artıb
2025-ci ildə Tesla-nın gəliri və mənfəəti azalıb
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
Ən çox oxunanlar
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
Azvak.az-da yayımlanmış yeni iş elanları
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
S&P 500 rekord səviyyəyə yüksəlib




















