“Bank Respublika”nın maliyyə vəziyyəti açıqlandı
“Bank Respublika”nın xalis faiz mənfəəti 45,5 mln. manat təşkil edibÖlkənin ən böyük banklarından biri olan Bank Respublika, 2020-ci ildəki fəaliyyət nəticələrini elan edib.
Bankdan Marja-ya daxil olmuş məlumatda bildirilir ki, xarici çağırışlara baxmayaraq, Bank yaxşı maliyyə nəticələri nümayiş etdirərək Azərbaycanın bank xidmətləri bazarında lider mövqeyini möhkəmləndirib.
1 yanvar 2021-ci il tarixinə bankın aktivləri 1,03 milyard manat təşkil etmişdir ki, bu da banka ölkənin aparıcı beş bankı sırasında yerini qoruyub saxlamağa imkan vermişdir.
Məlumatda deyilir:
"Açıqlanmış hesabatdan həmçinin görünür ki, Bank davamlı inkişaf üçün kifayət qədər yüksək kapital ehtiyatına malikdir. Belə ki, bankın məcmu kapitalı 7% artaraq 83,9 milyon manat olmuş və minimum məcmu kapital normasını (50 mln. manat) 68% üstələmişdir. I dərəcəli kapitalın adekvatlıq əmsalı 11,19%, məcmu kapitalın adekvatlıq əmsalı isə 16,73% təşkil edib ki, bu da normadan müvafiq olaraq 2,2 dəfə və 1,9 dəfə çoxdur. Bundan əlavə, bankın kapitalından istifadənin effektivliyini əks etdirən maliyyə levereci əmsalı 5,8% təşkil edib ki, bu da normadan 1,5 dəfə çoxdur.
6 MİLYON MANATDAN ÇOX XALİS MƏNFƏƏT
COVID-19 pandemiyası ilə əlaqədar tətbiq olunan karantin tədbirlərinə baxmayaraq, Bank 2020-ci ildə müsbət dinamikanı davam etdirə bilmiş və ilin sonunda bankın xalis mənfəəti 6,02 milyon manat təşkil etmişdir. 2019-cu ilə nisbətən xalis faiz gəliri 10% -dən çox artaraq 45,5 milyon manata çatmışdır. 12 ay ərzində Bank tərəfindən verilmiş kreditlərin ümumi həcmi 369 milyon manatdan çox olmuşdur ki, bunun da əsas hissəsi real sektorun dəstəklənməsinə yönəldilmişdir.
2020-ci ildə Bank uğurla bank sistemini yeniləyərək yeni çevik bir mikroservis arxitekturasına keçmiş, bu isə, bankın bazarın aktual tələblərinə daha sürətli cavab verməsini təmin etmişdir.
Bankın etibarlı və səmərəli fəaliyyətinin nəticəsi olaraq, Moody's beynəlxalq reytinq agentliyi, bankın uzunmüddətli kredit reytinqini “stabil” proqnozla B3 səviyyəsində təsdiqlədi. Bu reytinq isə, ölkə bankları arasında olan ən yüksək reytinqlərdən biridir. Bundan əlavə, Bank of New York Mellon bankın beynəlxalq bazarda qüsursuz nüfuzuna əsaslanaraq ABŞ dolları ilə müxbir hesabı açmaq üçün müsbət qərar verdi.
““2020-ci il tarixdə Azərbaycan xalqı üçün ən parlaq və yaddaqalan il olaraq qalacaq. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuz müharibəni böyük qələbə ilə başa vurdu. Əminəm ki, bu qələbə ölkənin inkişafı yolunda bütün sahələrdə daha da böyük uğurların qazanılmasını təmin edəcəkdir".
"Qlobal pandemiyanın mənfi nəticələrinə baxmayaraq, Bank Respublika zamanında bütün qabaqlayıcı tədbirləri gördü və hədəflərinə çatdı. Bank yüksək nəticələri məhsul və xidmətlərin davamlı olaraq təkmilləşdirilməsi, müştəri xidmətinin keyfiyyətinin yüksəldilməsi, yeni rəqəmsal həllərin tətbiqi və inkişafı sayəsində əldə etmişdir. Mən istərdim dəstəklərinə görə həm yerli, həm də xarici səhmdarlarımıza, eləcə də, yüksək peşəkarlığa və Bankın inkişafındakı əvəzsiz töhfəsinə görə mehriban kollektivimizə xüsusi minnətdarlığımı bildirim. Həmçinin, bankın müştərilərinə və tərəfdaşlarına göstərdikləri etimada görə təşəkkür edir və 2021-ci ildə uğurlar arzulayıram!"- deyə Bank Respublika Müşahidə Şurasının sədri Şakir Rəhimov qeyd edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 4 gün sonra
-
-
3 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 22 d. əvvəl
- 29 d. əvvəl
- 51 d. əvvəl
-
55 d. əvvəl
"Azərkəndtikinti"nin fəaliyyətinin bərpa edilməsi nəzərdə tutulur
- 2 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 22 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“CPM-invest”in xalis mənfəəti 6,6 dəfə artıb
Rəsmi məzənnələr açıqlandı
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 22 GÜN
Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışı başlayıb
Ən çox oxunanlar
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Samsung Electronics həmkarlar ittifaqı ilə razılığa gəlib - hər işçiyə 340 min dollar bonus ödəniləcək
Maliyyə Nazirliyi uzun fasilədən sonra bazara qayıtdı - İllik 7%-lə 10 il müddətinə 200 milyon manat cəlb edir
"FERRUM CAPİTAL"ın istiqrazlarına 50 investor 50 sifariş təqdim edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
180 manata bilet - Bakı–Tbilisi–Bakı marşrutunda siniflər üzrə gediş haqqı açıqlandı
“Bir Kredit BOKT” 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı







.jpg)










