Qiyməti 19 dollardan 300 dollara yüksəlib - "DƏLİLİYƏ" MÜDAXİLƏ EDİLƏ BİLƏR
ABŞ sərmayə bazarları sosial media üzərindən spekulyasiya edilən Gamestop şirkətinin səhmlərindəki sürətli bahalaşmanı danışır. Şirkətin səhmləri son bir həftədə 8 dəfə bahalaşıb. Ağ Evdən müdaxilə siqnalı verilib. Ağ Evdən verilən məlumata görə, ABŞ-ın yeni maliyyə vaziri Janet Yellen şirkət səhmlərində yaradılan spekulyasiyanı yaxından izləyir.
ABŞ-da sərmayə bazarlarının gündəmində biznes fəaliyyəti sual altında olan, buna baxmayaraq səhmləri son günlərdə sürətli bahalaşma qeyd edən bir şirkət var: Gamestop.
Sosial media üzərindən aparılan bir kampaniya ilə səhmləri bir həftədə 8 dəfə bahalaşan və bazar dəyərindəki artım 20 milyard dollara çatan Gamestop, ABŞ Maliyyə Nazirliyinin də "radarına" daxil olub.
Marja xəbər verir ki, Ağ Evin sözcüsü Jen Psaki ABŞ Maliyyə Nazirliyinin və ABŞ Prezidenti Joe Bidenin iqtisadi komandasının Gamestop səhmlərində yaşanan prosesləri izlədiyini bildirib. Psaki şirkət səhmlərindəki hərəkətləri "fövqəladə" olaraq xarakterizə edib, yaşananlardan sonra Birjanın ABŞ iqtisadiyyatının sağlamlığı baxımından bir göstərici olmadığına daha bir dəfə dəlil təqdim etdiyini ifadə edib.
Reddit kimi platformalarda başlayan müzakirələr şirkətin səhmlərində sürətli bahalaşmaya səbəb olub. 2020-ci ilə 19 dollarla başlayan şirkət səhmlərinin dəyəri 300 dolları aşıb. Təkcə 27 Yanvar günündə şirkət səhmlərində gündəlik qiymət atım 118% olub.
ABŞ-da sərmayə bazarları mütəxəssisləri, Gamestop ilə əlaqədar proseslərin kiçik sərmayəçilərə böyük zərərlər yarada biləcəyi barədə xəbərdarlıq edirlər.
2008-ci il maliyyə böhranından əvvəl ipoteka təminatlı aktivlərə qarşı mövqe açması ilə məşhurlaşmış sərmayəçi Michael Burry Gamestop-dakı prosesləri "'təhlükəli" olaraq xarakterizə edib.
ABŞ-da 5 min 500 ətrafında mağazası olan GameStop, son illərdə oyun sektorunun internetə keçməsilə əlaqədar olaraq gəlir itkisi yaşayır. 2020-nin 9 ayında pandemiya səbəbilə, şirkət, gəlirlərinin 31% azaldığını açıqlayıb.
Şirkət 2019-da 471 milyon dollar zərər açıqlayıb, pandemiya dövründə də hər rübdə zərər edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 5 saat əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 6 saat əvvəl
-
6 saat əvvəl
Azərbaycanın investisiya şirkətlərinin dövriyyələri açıqlandı
- 6 saat əvvəl
-
6 saat əvvəl
BOKT sektorunda kredit portfelinin keyfiyyəti pisləşib - Qeyri-işlək kreditlər artıb
-
6 saat əvvəl
Bank sektorunda depozit və kredit portfelləri üzrə təmərküzləşmədə azalma müşahidə olunur
-
6 saat əvvəl
Mərkəzi Bank: Kredit portfelinin intensiv artım tempində azalma müşahidə olunur
- 7 saat əvvəl
-
7 saat əvvəl
Azər Türk Bank Almaniyanın Frankfurt şəhərində keçirilən Sibos 2025 forumunda iştirak etdi
- 7 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Mərkəzi Bank: Sığorta sektorunun mənfəətliliyi azalıb

Hazırda Bakıda qiyməti orta səviyyədə olan bir ev almaq üçün 18,1 ilin maaşını cəmləyib ödəmək lazımdır

Azərbaycanın investisiya şirkətlərinin dövriyyələri açıqlandı

BOKT sektorunda kredit portfelinin keyfiyyəti pisləşib - Qeyri-işlək kreditlər artıb

İraq, Özbəkistan, Türkmənistana ixrac edilir, Rusiya və Qazaxıstana da satış üçün danışıqlar aparılır
Ən çox oxunanlar

Azər Türk Bank Almaniyanın Frankfurt şəhərində keçirilən Sibos 2025 forumunda iştirak etdi

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Xalq Bankdan Digital Card-la əməliyyatlara 20 %-dək keşbek!

Dövlət 2 bankda 300 milyon manatı depozitə yerləşdirdi

Günəbaxan yağınn qiyməti 3 ilin maksimumunu görüb
