Yeni Fikir 2017 Müsabiqəsində 91 startup-layihə qeydiyyata alınıb - DAVAM EDİR
Hazırda Yeni Fikir 2017 Müsabiqəsində 91 startup-layihə qeydiyyata alınıb. Bu barədə “Marja”ya müsabiqənin təşkilat komitəsindən bildirilib.
Xatırladaq ki, qeydiyyat prosesi 10 May 2017-ci il tarixinə kimi davam edəcək.
Qeydiyyatdan keçmiş layihələrin siyahısı ilə aşağıdakı ünvandan istifadə edərək tanış ola bilərsiniz: http://yenifikir.az/az/pages/Layihe-2017-56.html
Yeni Fikir 2017 Müsabiqəsində iştirak edərək uğurlu olan startap layihələrinin qazana biləcəyi bütün imkanlar : http://yenifikir.az/az/pages/Mukafatlar-26.html
O cümlədən, Müsabiqənin qaliblərinə, 1-ci yerə 10000 manat pul mükafatı Azərbaycan Milli Elmlər Akademiyası Yüksək Texnologiyalar Parkı tərəfindən, 2-ci yerə 5000 manat AzEduNet MMC şirkəti tərəfindən, 3-cü yerə 2500 manat AzEduNet MMC şirkəti tərəfindən mükafat veriləcək. Müsabiqədə 1-ci yerə layiq görüləcək komandaya Baku Holiday Travel turizm şirkəti tərəfindən bir nəfərlik aviabilet (Silikon Vadisinə gediş-gəliş) hədiyyə ediləcək.
Müsabiqənin işinə Türkiyənin ən böyük texnoparklarından biri - İstanbul Texniki Unuversitetinin Arı Texnoparkı da qoşulmuşdur. Belə ki, Texnoparkın tərkibində fəaliyyət göstərən ITU Çekirdek İnkubasiya Mərkəzi qalib layihələri inkubasiya proqramları ilə dəstəkəyəcək.
Hazırda, layihələrin qeydiyyatı ilə yanaşı, online qiymətləndirmə prosesi də davam edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 7 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
























