Qlobal birbaşa xarici sərmayələr 2020-də kəskin azalıb
Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf Konfransı (UNCTAD), 2020-ci ilə aid Qlobal Sərmayə Trendləri Hesabatını yayımlayıb.
Marja xəbər verir ki, hesabatda, 2019-cu ildə 1,5 trilyon dollar olaraq qeydə alınmış qlobal birbaşa xarici sərmayələrin keçən il 42% azalaraq 859 milyard dollara gerilədiyi qeyd edilib.
Sərmayələrin 2005-ci ildən bu yana ilk dəfə 1 trilyon dollardan aşağı düşdüyü bildirilən hesabatda, "Belə aşağı bir sərmayə səviyyəsi sonuncu dəfə 1990-larda görülüb. Keçən ilki qlobal birbaşa sərmayələr, qlobal maliyyə böhranının yaşandığı 2008-2009-dakı sərmayələrdən 30%-dən çox aşağıdır",- deyilir.
Qlobal birbaşa xarici sərmayələr yeni növ koronavirus (Kovid-19) epidemiyasının səbəb olduğu iqtisadi geriləmənin təsirilə azalıb. Qlobal iqtisadiyyatın 2021-ci ildə yığışacağı təxminlərinə baxmayaraq Kovid-19 epidemiyasına dair qeyri-müəyyənlik səbəbilə birbaşa xarici sərmayələrin zəif qalacağı gözlənilir.
Birbaşa xarici sərmayə axınındakı azalmanın ən çox inkişaf etmiş ölkələrdə baş verdiyinə diqqət çəkilən hesabatda, inkişaf etmiş ölkələrə olan birbaşa xarici sərmayələrin keçən il 69% azalaraq 229 milyard dollara gerilədiyi qeyd edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 3 gün sonra
-
-
3 gün sonra
Kapital bazarlarında növbəti yenilik - İlk zamanətli istiqrazlara investisiya fürsəti
- 22 d. əvvəl
- 43 d. əvvəl
- 1 saat əvvəl
-
12 saat əvvəl
Xam neft hasilatı 2026-cı ilin sonuna qədər sabit saxlanılır - Azərbaycan qərarı dəstəklədi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Dənizdə külək enerjisi layihəsinə dair İcra Müqaviləsi imzalandı
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Biznesiniz üçün QISA NÖMRƏ alın
Kapital bazarlarında növbəti yenilik - İlk zamanətli istiqrazlara investisiya fürsəti
“OPEC plus”un qərarından sonra neft bahalaşır
İsveçrənin qərarı bəlli oldu: 50 faizlik vergi rədd edildi
PULLU adam olmaq üçün ilk addımını at
OMİD Binədə yeni mağazasının təntənəli açılışını qeyd edib
Dənizdə külək enerjisi layihəsinə dair İcra Müqaviləsi imzalandı
Azərbaycan neftinin son qiyməti
Noyabrın son günü gözlənilən hava açıqlanıb
Qızılın qiyməti yenidən 4200 dolları keçdi
Bir müddətlik fasilədən sonra yenidən fəaliyyətə başlayıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
















.jpg)


.jpg)




