Maliyyə və İnvestisiya Forumuna sayılı günlər qalır - Spikerlərin siyahısı
Bakı şəhərində 15 yerli və xarici spikerin iştirakı ilə keçiriləcək Maliyyə və İnvestisiya Forumuna (FİF2017) artıq sayılı günlər qalır.
Forumun təşkilat komandasından əldə etdiyimiz məlumata görə artıq hazırlıq işləri demək olar ki, yekunlaşıb. Eyni zamanda günümüzün iqtisadi reallıqlarına uyğun aktual mövzularla çıxış edəcək spikerlər də tam dəqiqləşib. Çıxış edəcək spikerlərin siyahısı aşağıdakı kimidir.
Vüsal Qasımlı – İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İcraçı Direktoru
Niyazi Abbasov – Gilan Holdinq
Orhan Ayanlar – MEDİTERRA / CFA
Abdulla İsayev – Bakı Fond Birjası
İntiqam Səfərəliyev – AzFinans İnvestisiya Şirkəti
Orxan İsmayılov – Maliyyə Bazarlarına Nəzarət Palatası
Vüqar Əliyev – KPMG Azərbaycan
Fuad Kərimov – Gilan Holdinq
Fərid Musayev – PMD Group
Uğur Çağlar – Azərbaycan Sənaye Sığorta
Orxan Bağırov – İnvestAz İnvestisiya Şirkəti
Emin İsmayılov – Azersun Holdinq
Arif Quliyev – PricewaterhouseCoopers audit şirkəti
Azad İsmayılov – Paşa İnşaat
Rəşad Məmmədov – Azərbaycan Sənaye Sığorta
Nicat İmanov – Azərbaycan Respublikasi Vergilər Nazirliyi
Qeyd edək ki, FİF2017-nin keçirilməsində əsas məqsəd maliyyə və vergi maarifləndirilməsidir. Forumda dövlət və özəl biznes subyektlərindən 15 yerli və xarici spiker çıxış edəcək. Forum 06 may 2017-ci il tarixində bütöv gün olmaqla keçiriləcək. 1 gün ərzində 3 panel, hər paneldə 1 moderator və 3 spiker, toplam 12 spikerin olması nəzərdə tutulur. Panellərin biri “Maliyyə Bazarları və İnkişaf Perspektivləri”, 2-cisi “Maliyyələşmə Strategiyaları”, 3-cü isə “Vergi Siyasəti və Şəffaf Hesabatlılıq”dır.
Maliyyə və İnvestisiya Forumu Gilan Holdinqin Baş Sponsorluğu, Azər Türk Bank, AzFinans və ADDA Project sponsorluğu, həmçinin New Media, LEDAZ, Webpage.az, Asan Radio, Asan Könüllüləri, RMM Group, AzerÇay, Bazarstore, Synergy Partnership, Köşem, AHK – Alman Azərbaycan Xarici Ticarət Palatasının dəstəyi ilə keçirilir. Forumun media partnyorları Banker.az, Fins.az, banco.az, unvan.az, Marja.az xəbər portallarıdır.
FİF2017 Facemark.az marketinq portalı, ADMEDİA media agentliyi və Fİl Rəqəmsal Marketinq Agentliyi tərəfindən təşkil edilib.
Forumda iştirak etmək və daha ətraflı məlumat üçün www.fif.az rəsmi veb saytı vəhttps://www.facebook.com/fifazerbaijan facebook səhifəsindən məlumat almaq olar.
Müştərilərin xəbərləri
AccessBank Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə Xəzər sahilində təmizlik aksiyası keçirdi
SON XƏBƏRLƏR
-
5 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 1 gün sonra
-
- 32 d. əvvəl
- 48 d. əvvəl
-
57 d. əvvəl
Azərbaycanda maliyyə sektoru ilə bağlı rəqəmsal yetkinlik indeksi hazırlanır
- 59 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycanda bu ilin sonuna qədər kriptovalyuta ilə bağlı qanun qəbul edilə bilər
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bakıda Qara Dəniz Ticarət və İnkişaf Bankının İllik Toplantısı və Biznes Forumu keçiriləcək - TARİX
-
1 saat əvvəl
Bank yeni Baş Ofisini təqdim edib - 1100-dən çox əməkdaş üçün nəzərdə tutulub
-
1 saat əvvəl
Rəsmi Bakı İsrail hökumətinin bu qərarından ciddi narahatdır
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
"AzQR ödənişlərinin sayı 30 dəfədən çox artıb"
Rabitəbankdan 33 illik yubileyinə özəl
Ən çox oxunanlar
Bakıda Qara Dəniz Ticarət və İnkişaf Bankının İllik Toplantısı və Biznes Forumu keçiriləcək - TARİX
Rəsmi Bakı İsrail hökumətinin bu qərarından ciddi narahatdır
AccessBank Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə Xəzər sahilində təmizlik aksiyası keçirdi
Ərzaqlıq buğdanın dövlət tədarük qiyməti müəyyən edildi
Rəsmi məzənnələr açıqlandı
“Crunch” Ağ Şəhərdə filialını açır
Dollarda son bir ilin ən böyük aylıq bahalaşması
























