“Rabitəbank” son maliyyə vəziyyətini açıqladı
"Rabitəbank” 2020-ci ildə 12% böyüyüb“Rabitəbank” ASC 2020-ci ilin yekunlarına dair maliyyə hesabatını açıqlayıb.
Bankdan Marja-ya daxil olmuş məlumatda bildirilir ki, 1 yanvar 2021-ci il tarixinə bankın aktivləri keçən ilin analoji dövrü ilə müqayisədə 12.3% artaraq 831 milyon manat təşkil edib. Hesabat dövrü ərzində bankın kredit portfeli də 12.2% artaraq 432 milyon manata yüksəlib.
“COVID-19” pandemiyası ilə əlaqədar tətbiq olunan karantin tədbirlərinə baxmayaraq ötən il sahibkarları əlçatan biznes kreditləri imkanı ilə təmin edən bank dövr ərzində 109.3 milyon manat həcmində biznes kreditlərini müştərilərə ayırmışdır. Bununla yanaşı “Rabitəbank” ipoteka kreditləri portfelini 65% və istehlak kreditlərini isə 11% artırmışdır.
Bankın gəlirləri də 2019-cu il ilə müqayisədə 18% artaraq 63.5 milyon manat təşkil edir. O cümlədən, faiz gəlirləri 11%, əməliyyat gəlirləri isə 40% artıb. Bank 2020-ci ili 2.2 milyon manat mənfəətlə başa vurub.
2020-ci il “Rabitəbank” ücün kart biznesi sahəsində də uğurlu il olmuşdur. Hesabat dövrü ərzində bank kart sayını 148 minə çatdırmışdır ki, bu da ötən il ilə müqayisədə 80% artım deməkdir. İstənilən kafe və restoran, supermarket, yanacaqdoldurma məntəqələri və bütün ödənişlərə keşbek seçimlərini özündə birləşdirən Kartmane kartı ilə yanaşı, bank müştərilərinə əməkhaqqı və kredit kartları məhsullarını təqdim edib. Bankın ödəniş qəbulu şəbəkəsi 763 POS-terminal, bankomat şəbəkəsi isə 73 ATM təşkil edir.
Bütün bank xidmətlərini sürətlə rəqamsal sferada da genişləndirən “Rabitəbank”ın mobil tətbiqi “Rabita Mobile”-ın yükləmələrinin sayı 3 dəfədən çox artaraq 95 560-a çatıb. “Rahat bankçılıq” sloqanına sadiq qalan “Rabitəbank”ın mobil tətbiqinin reytinqi 4,5 (iOS) və 4,3 (Android) bala yüksəlib.
Cəmiyyətin tələb və ehtiyaclarınızı nəzərə alaraq “Rabitəbank” ötən il də korporativ sosial məsuliyyət prinsipləri əsasında bir sıra əməli fəaliyyətlər həyata keçirib. Ötən il həm “COVID-19”, həm də müharibə vəziyyəti ilə üzləşmiş xalqımızın çətin dövrdə yanında olan “Rabitəbank” Koronavirusla Mübarizə Fonduna 150 000 AZN, Silahlı Qüvvələrə Yardım Fonduna 100 000 AZN ianə köçürüb. Mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə iki məcburi köçkün ailəsinə ayrı-ayrılıqda 65 000 və 60 000 AZN birdəfəlik maddi yardım həyata keçirib. Bundan başqa 120-dən çox tənha yaşayan aztəminatlı ahıllara, əsgər və zabitlərimizə əsgər payı, qəhraman əsgərə təhsil xərclərin ödənilməsini əsirgəməyib. Özünüməşğulluq proqramında aktiv iştirak etmiş bank 51 aztəminatlı ailəyə öz kiçik bizneslərini qurmaqdan ötrü təmənnasız aktivlər təqdim edib.
1993-cü ildən hər zaman müştərilərin dəyişən ehtiyaclarına uyğunlaşan, keyfiyyətli xidmət və məhsullar təqdim edən“Rabitəbank” ölkənin 26 bankı sırasında aktivlərin həcmi, kredit və depozit portfeli, həmçinin kapitalına görə ən qabaqcıl 10 bankı sırasında yerini qorumaqdadır. Xidmət və ATM şəbəkəsini genişləndirmiş bank hal-hazırda 27 filial və şöbəsi ilə ölkənin 14 regionunda rahat bankçılıq xidmətləri təqdim edir. 820 nəfərlik böyük kollektivi ilə bank 2021-ci ildə də 200 mindən çox müştərisinə keyfiyyətli və əlçatan maliyyə xidmətlərini təqdim etməyə davam edəcək. Zəfər ilində daha da güclənərək “Rabitəbank” 2021-ci ildə də sahibkarlar ücün etibarlı tərəfdaş, ölkə əhalisi üçün sərfəli və innovativ ödəniş vasitələri və maliyyələşmə həlləri təklif edən ən rahat banklardan biri kimi qalmaga planlaşdırır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
4 saat əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
-
11 saat əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
12 saat əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
13 saat əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
13 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 14 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Avropa Birliyində turistik qonaqlama rekord qırılıb
Sıfır xərclə ticarət mümkündür?
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
Ən çox oxunanlar
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti
Dövlətə məxsus xidmət və yeyinti sənaye sahələri üzrə səhmdar cəmiyyətləri özəlləşdirilir - ADLARI





















