Türkiyənin avtomobil sənayesi Azərbaycana avtomobil ixracını kəskin artırıb
2020-ci ildə Türkiyənin avtomobil sənayesi Azərbaycana 10 milyon 493 min dollarlıq minik avtomobilləri ixrac edib.
Marja Uludağ Avtomobil Sənayesi İxracatçıları Birliyinin yaydığı məlumatlara istinadən xəbər verir ki, 2019-cu illə müqayisədə ötən il ixrac 252% artıb.
Türkiyənin avtomobil sənayesinin Azərbaycana cəmi ixracı 46 milyon 495 milyon dollar təşkil edib ki, bu da 2019-cu illə müqayisədə 21% çoxdur.
Ötən il Türkiyənin avtomobil sənayesi 25 milyard 584 milyon 986 min dollarlıq məhsul ixrac edib. Bu rəqəmin 37%-ini və ya 9 milyard 517 milyon 195 min dollarını minik avtomobillərinin ixracı təşkil edib. Türkiyənin minik avtomobilləri ixracı 2019-cu illə müqayisədə 2020-ci ildə 19,4% azalıb.
Sektor, keçən il ən çox minik avtomobil ixracını Fransaya edib. Bu ölkəyə satış 1 milyard 641 milyon 136 min dollar olub.
Fransanın ardınca, 877 milyon 798 min dollarlıq minik avtomobil ixracı ilə İtaliya və 852 milyon 949 min dollarlıq ixrac ilə Almaniya gəlir.
Türkiyənin avtomobil sənayesi, Birləşmiş Krallığa 800 milyon 481 min, İspaniyaya 693 milyon 700 min, İsrailə 559 milyon 115 min, Polşaya da 494 milyon 960 min dollarlıq minik avtomobili ixracı reallaşdırıb.
Minik avtomobil ixracında Slovenya 452 milyon 782 min dollarla 8-inci, Belçika 357 milyon 647 min dollarla 9-uncu, Misir 331 milyon dollarla 10-uncu olub.
Ötən il Türkiyədən 118 ölkəyə minik avtomobili ixrac edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
20 saat əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
-
1 gün əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
1 gün əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
1 gün əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Avropa Birliyində turistik qonaqlama rekord qırılıb
Sıfır xərclə ticarət mümkündür?
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
Ən çox oxunanlar
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti
Dövlətə məxsus xidmət və yeyinti sənaye sahələri üzrə səhmdar cəmiyyətləri özəlləşdirilir - ADLARI






















