2020-də 21,7 milyard manatı "yedik-içdik"
Dövlət Statistika Komitəsiin yaydığı məlumata görə, 2020-ci ildə pərakəndə ticarət şəbəkəsində istehlakçılara 40,2 milyard manatlıq, o cümlədən 21,7 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 18,5 milyard manatlıq qeyri-ərzaq malları satılmışdır.
2019-cu illə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 1,3 faiz, o cümlədən qeyri-ərzaq malları üzrə 6,1 faiz azalmış, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə isə 3,4 faiz artmışdır.
Hesabat ilində əmtəə bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunmuşdur:
Məhsul qruplarının adları | Satışdan gəlir, milyon manatla | 2019-cu ilə nisbətən, faizlə |
Pərakəndə ticarət dövriyyəsi | 40 166,5 | 98,7 |
o cümlədən: | ||
ərzaq məhsulları | 19 516,3 | 103,7 |
içkilər və tütün məmulatları | 2 168,5 | 100,5 |
toxuculuq məhsulları, geyim və ayaqqabılar | 6 415,1 | 90,9 |
elektrik malları və mebellər | 2 172,3 | 91,8 |
kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları | 344,7 | 101,3 |
əczaçılıq məhsulları və tibbi ləvazimatlar | 748,9 | 140,5 |
avtomobil benzini və dizel yanacağı | 2 040,8 | 87,5 |
digər qeyri-ərzaq malları | 6 759,9 | 95,8 |
2020-ci ildə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 48,6 faizi ərzaq məhsullarının, 5,4 faizi içkilər və tütün məmulatlarının, 16,0 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,4 faizi elektrik malları və mebellərin, 5,1 faizi avtomobil benzini və dizel yanacağının, 1,8 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 0,9 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,8 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunmuşdur.
Hesabat ilində istehlak məhsullarının dəyər ifadəsində 22,7 faizi ticarət müəssisələri, 54,6 faizi fərdi sahibkarlar tərəfindən, 22,7 faizi isə bazar və yarmarkalarda satılmışdır. 2019-cu illə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 6,6 faiz, fərdi sahibkarlar üzrə 3,8 faiz artmış, bazar və yarmarkalarda isə 17,2 faiz azalmışdır.
2020-ci ildə ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 335,6 manatlıq, o cümlədən 181,2 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 154,4 manatlıq qeyri-ərzaq malları almışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 45 d. əvvəl
-
47 d. əvvəl
OPEC+ neft hasilatını gündəlik 188 min barel artırmaq barədə razılığa gəlib.
-
-
9 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Hava yolu şirkəti fəaliyyətini dayandırıb
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
Bu bank pulunuza illik 12% gəlir təklif edir
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN






.jpg)





.jpg)







