Dövlət büdcəsinə vergi daxilolmaları azalıb
Azərbaycan Dövlət Vergi Xidməti tərəfindən ötən il dövlət büdcəsinə 7,4 milyard manata yaxın vəsait daxil olub.
Bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” hesabında bildirib.
Nazir qeyd edib ki, dövlət büdcəsinə ödənilən vəsait ölkənin qüdrəti və vətəndaşların sosial rifahıdır: “Vergiləri vaxtında və tam ödəyən hər vergi ödəyicisinin dövlətin tərəqqisində payı var”.
Qeyd edək ki, 2019-cu ildə vergi daxilolmaları tarixi maksimuma – 7,7 milyard manata yaxın olub. 2021-ci ildə isə vergi daxilolmalarının 7,25 milyard manata çatacağı proqnozlaşdırılır.
Göründüyü kimi, ötən il dövlət büdcəsinə vergi daxilolmaları əvvəlki illə müqayisədə 3,9% azalıb.
Xatırladaq ki, Dövlət Vergi Xidmətinin xətti ilə 2021-ci il üzrə dövlət büdcəsinə proqnozlaşdırılan daxilolmaların 78,3%-i və ya 5,67 milyard manatı qeyri-neft sektorunun, 21,7%-i və ya 1,58 milyard manatı neft sektorunun payına düşəcəyi güman edilir. 2020-ci ildə isə bu göstəricilərin müvafiq olaraq 5,4 milyard manat (75,1%) və 1,8 milyard manata (24,9%) bərabər olacağı gözlənilir.
Dövlət büdcəsinə ödənilən vəsait ölkəmizin qüdrəti və vətəndaşlarımızın sosial rifahıdır. Vergiləri vaxtında və tam ödəyən hər vergi ödəyicisinin dövlətin tərəqqisində payı var. Ötən il #DövlətVergiXidməti tərəfindən dövlət büdcəsinə 7,4 mlrd. manata yaxın vəsait daxil olub.
— Mikayil Jabbarov (@MikayilJabbarov) January 18, 2021
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
7 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 1 gün əvvəl
-
-
1 gün əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
Türkiyənin vitse-prezidenti Ermənistana səfər edəcək
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
MSolution ISO 27001 sertifikatını əldə etdi və PCI DSS uyğunluğunu yenidən təsdiqləndi






.jpg)






.jpg)





