Lüks avtomobil markalarını "elektrik cəryanı vurub"
Mercedes, BMW və Audi kimi lüks avtomobil istehsalçılarının Çinin avtomobil bazarındakı payları Tesla-nın bazara daxil olması ilə düşüb.
Marja xəbər verir ki, Mercedez Benz, 2020-ci ildə dünyanın ən çox satan lüks avtomobil markası adını BMW-dən geri alıb. Lakin Çin avtomobil bazarında Almaniya istehsalçılarının payları azalmaya başlayıb.
BMW çərşənbə axşamı günü yaydığı açıqlamada qlobal satışlarının 0,72% düşərək 2,03 milyon vasitə olaraq reallaşdığını bildirib. Mercedes ən böyük rəqibini satışlarda ötüb, elektrikli avtomobil istehsalçısı Tesla isə dünyanın ən böyük bazarına addım atıb.
Tesla, Nio və Li Auto Çində tanınan avtomobil istehsalçılarına çevriliblər.
BMW, Mercedes, Volkswagen və Audi lüks avtomobil seqmentinin 60%-nə uzun zamandır nəzarət edirdilər.
Alman istehsalçılar ötən il bazarda artım qeyd etsələr də satışlarının bir qisimini elektrikli avtomobil istehsalçıları ilə paylaşmaq məcburiyyətində qalıblar.
Tarixi olaraq az qala toxunulmaz olan Almaniya markaları Tesla və digər lüks elektrikli avtomobil istehsalçılara bazar paylarını uduzmağa başlayıblar.
Almaniyanın avtomobil istehsalçıları Tesla-ya elektrik ilə hərəkət edən vasitə modellərinin sayını artıraraq cavab verirməyə çalışırlar. Daimler EQA yığcam modelini bu ay elan etməyə hazırlaşır, BMW bütün elektrikli və hibrit modellərinin sayını iki dəfə artıraraq 2023-cü ilə qədər 25 model təqdim etməyi hədəfləyir.
Mercedes, avtomobil satışlarında BMW-ni keçsə də elektromobillərdə keçən il yalnız 193 min ədəd vasitə sata bilmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mayın 3-də gözlənilən hava şəraiti
Bu bank pulunuza illik 12% gəlir təklif edir
PULLU Adam olmaq üçün ilk addımını at ®
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
MSolution ISO 27001 sertifikatını əldə etdi və PCI DSS uyğunluğunu yenidən təsdiqləndi
Əraqçi İranın son sülh təşəbbüsləri barədə Bayramova məlumat verib
“Azeronline”-a yeni Baş müdir təyin edilir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Prezident, birinci xanım və ailə üzvləri İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak ediblər













.jpg)




