“ASK Şüşə”nin istehsal və satışı artıb
“Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti “ASK Şüşə” MMC 2020-ci ildə fəaliyyətinin nəticələrini açıqlayıb.
MMC-dən bildirilib ki, dünyanı cənginə alan COVID-19 pandemiyası şəraitində fəaliyyət göstərən müəssisisə ili uğurla başa vurub. Qeyd edilib ki, 2019-cu ildə “ASK Şüşə” MMC 36 çeşiddə şüşə məmulatları istehsal edib. Məlum çətinliklərə baxmayaraq, müəssisə çeşid palitrasını genişləndirərək, 2020-ci ildə 61 çeşiddə məhsul istehsalına nail olub.
Əldə olunan nəticələrin statistikası müsbət tendensiyadan xəbər verir. Belə ki, ötən ildə 2019-cu illə müqayisədə şüşə məmulatlarının istehsalı və satışı yüksəlib. 2020–ci ildə müəssisədə 61.997.887 ədəd şüşə istehsal olunub ki, bu da 2019–cu ildəki göstəricidən 24.141.717 ədəd çoxdur.
Məhsulun satışı üzrə də rəqəmlərin dinamikası müsbətdir: əgər 2019–cu ildə 34.444.228 ədəd şüşə məmulatı satılıbsa, ötən il 55.422.272 ədəd məhsul bazarda alıcısını tapıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
2 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
2 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
2 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
4 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 4 saat əvvəl
-
4 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb


























