970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Azərbaycandan Gürcüstana səfər edənlərin sayı 80 %-dən çox azalıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycandan Gürcüstana səfər edənlərin sayı 80 %-dən çox azalıb

Ötən il Azərbaycandan Gürcüstana səfər edənlərin sayı 295 175 nəfər təşkil edib.

Bu barədə Gürcüstanın Milli Turizm Administrasiyasının hesabatında bildirilib.

İllik müqayisədə qonşu ölkəyə Azərbaycandan yollanan ziyarətçilərin sayı 1 mln 231 min 444 nəfər və ya 80,7 % azalıb.

Azərbaycan hesabat ilində Gürcüstana səfər edən əcnəbilərin sayı baxımından II yeri tutub. Birinci yerdə 335 949 ziyarətçi ilə Türkiyə, üçüncü yerdə isə 261 295 ziyarətçi ilə Ermənistan qərarlaşıb.

2020-ci ildə Gürcüstan ümumilikdə 1 mln 749 min 308 nəfər beynəlxalq ziyarətçi qəbul edib ki, bu da 2019-cu ilin eyni göstəricisindən 81,3 % azdır.

Qeyd edək ki, Gürcüstana səfər edən əcnəbi ziyarətçilərin sayının kəskin azalmasına səbəb koronavirus pandemiyasına görə ölkə sərhədlərinin sərbəst gediş-gəliş üçün bağlı olmasıdır.

“Report”

08.01.2021 13:26
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19