Xarici valyutaya görə "təxirəsalınmadan cinayət məsuliyyəti" tövsiyəsi
Xaricə çıxarılan valyutanı ölkəyə qaytarmayan sahibkarların cinayət məsuliyyətinə cəlb edilməsi təklif olunurFərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatının yazılı prosedur qaydasında növbəti məhkəmə iclası keçirilib.
İclasda Sumqayıt Şəhər Məhkəməsinin müraciəti əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 208-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxılıb.
Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim K.Şəfiyevin məruzəsini, maraqlı subyektlərin nümayəndələri - Sumqayıt Şəhər Məhkəməsinin hakimi F.Əliyevin və Milli Məclis Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin İnzibati qanunvericilik sektorunun müdiri K.Paşayevanın, mütəxəssislər - Ali Məhkəmənin Cinayət Kollegiyasının sədri H.Nəsibovun və Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının sədri V.Cəfərovun yazılı mülahizələrini, ekspert qismində Bakı Dövlət Universitetinin Cinayət hüququ və kriminologiya kafedrasının dosenti M.Bayramovanın yazılı rəyini və işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.
Qərarda deyilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin VIII hissəsinin, "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın 7-ci maddəsinin, habelə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 1.3-cü və 3-cü maddələrinin tələblərinə müvafiq olaraq xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində fiziki şəxs tərəfindən əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xeyli və ya külli miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə cinayət məsuliyyəti müəyyən edilmədiyindən, şəxs həmin Məcəllənin 208-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilə bilməz.
Qərara əsasən, xarici iqtisadi fəaliyyəti həyata keçirən fiziki şəxs tərəfindən xeyli və ya külli miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə təxirəsalınmadan cinayət məsuliyyətinin müəyyən edilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə olunur.
Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqeyə uyğun olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 208-ci maddəsinə müvafiq dəyişikliklər edilənədək xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində xeyli və ya külli miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmasını təmin etməyən fiziki şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin “Qeyd” hissəsinin tələbləri nəzərə alınmaqla inzibati məsuliyyətə cəlb edilə bilər.
Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 1 saat əvvəl
-
- 1 saat əvvəl
-
2 saat əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
2 saat əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
2 saat əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
- 2 saat əvvəl
-
2 saat əvvəl
Sabah külək güclənəcək, yağıntı intensivləşəcək - Temperatur 5-8 dərəcə enəcək
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
10 mart tarixi üçün Dolların rəsmi məzənnəsi müəyyən olunub
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Ən çox oxunanlar
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB
ABB Dövlət Vergi Xidmətinin 2 mükafatını qazandı
Qlobal ərzaq qiymətləri 5 aydan sonra yenidən artıb
Dövlət Vergi Xidməti “OBA”nı məşğulluğa töhfəyə görə təltif etdi

















