"PAŞA Bank Türkiyə" istiqrazlar üzrə 303 min dollar kupon ödənişi həyata keçirdi
"PAŞA Bank Türkiyə" silinmə tarixi (nominalın geri ödənişi) 22 dekabr 2022-ci il tarixi olan istiqrazları üzrə illik 4,85% olmaqla 303.125 ABŞ dolları həcmində sayca 12-ci olan növbəti rüblük kupon ödənişini həyata keçirib. İndiyədək investorlara ümumilikdə 3,940,625 ABŞ dolları məbləğində faiz gəliri ödənilib.
Qeyd olunmalıdır ki, istənilən investisiyanın təhlilində 3 əsas meyar nəzərə alınır:
Təhlükəsizlik - Bankın rəsmi internet səhifəsində 30 sentyabr 2020-ci il tarixinə olan hesabata əsasən, 1987-ci ildən fəaliyyət göstərən Bankın nizamnamə kapitalı 500 milyon türk lirəsi təşkil edir. Bankın əsas səhmdarları kimi PAŞA Bank Azərbaycan ASC (50,96%) və PAŞA Holding MMC (49,00%) çıxış edir. Hesabat tarixinə Bankın aktivləri 2,22 milyard lirədən artıq, gecikmədə olan kredit portfelinin ümumi portfelə nisbəti 2,5%, kapitalın adekvatlıq göstəricisi isə 25,0% təşkil edir (mənbə: www.pashabank.com.tr/Investor Relations / Investor Relations Presentation).
Likvidlik – Geri ödəniş tarixinə qalan müddətin 2 il olduğunu nəzərə alaraq, təkrar bazarda da likvidlik nümayiş etdirir.
Bakı Fond Birjasının rəsmi statistkasına əsasən 2020-ci il ərzində 1 245 ədəd istiqraz üzrə 1 289 min ABŞ dolları həcmində əqd keçirilmişdir. (Mənbə: https://www.bfb.az/az/baki-fond-birjasnda-dovri-statistika) Əlavə olaraq, bu kağızlar Bakı Fond Birjasının repo predmeti olan qiymətli kağızların siyahısına əlavə olunub və hal-hazırda bu qiymətli kağızlar Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə məxsus istiqrazlardan (5%) sonra ən az girov üzrə təminat (haircut) tələb edən (10%) istiqrazlardır. (Mənbə: https://www.bfb.az/az/view-file/repo-predmetinin-siyahisi-1.pdf). Bu isə o deməkdir ki, bu kağızları satıb yüksək gəlirliliyi itirmədən kağızı girov qoyub, qısa müddətli və gəlirlilik dərəcəsindən aşağı faizlə vəsait cəlb etmək mümkündür.
Gəlirlilik - Nominal dəyəri 1 min ABŞ dolları olan bir istiqraz üzrə illik 4,85% təşkil edən kupon ödənişi rüblük həyata keçirilir. Azərbaycan Respublikası Mərkəzi Bankının açıqladığı statistik məlumatlara əsasən, 01.11.2020-ci il tarixinə banklarda xarici valyutada yerləşdirilmiş depozitlər üzrə faiz dərəcələri müqavilə müddəti 9 aydan 1 ilədək olanlar üzrə ortalama illik 1,05%, müqavilə müddəti 1 ildən 5 ilədək olanlar üzrə isə ortalama illik 1.91% təşkil etmişdir (mənbə: Azərbaycan Respublikasının Mərkəzi Bankı / Pul-kredit statistikası / 3.2 Depozit və kreditlər üzrə orta faiz dərəcələri).
Növbəti kupon ödənişi 22 mart 2021-ci il tarixində baş tutacaq. İstiqrazları əldə etmək üçün PAŞA Kapital investisiya şirkətinə müraciət edə bilərsiniz. Əlaqə nömrəsi: + (994) 12 493 33 66.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
2 saat əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
-
2 saat əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
4 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Fransız fermerlərin etiraz aksiyaları davam edir
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
Ən çox oxunanlar
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti
Dövlətə məxsus xidmət və yeyinti sənaye sahələri üzrə səhmdar cəmiyyətləri özəlləşdirilir - ADLARI
Dekabrda Azərbaycanda sabit genişzolaqlı internetin sürəti 3%-dən çox, mobil internetin sürəti isə 6%-dək artıb
Bakcell və Gənclər Fondu “İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramını elan edir
Mənzil axtaranların diqqətinə: Yasamalda büdcəyə uyğun, tam təmirli mənzillər satışda























