Rusiya sabahdan Ağdamda əməliyyata başlayır
Rusiya FHN sabahdan Ağdamın 100 ha ərazisinin minadan təmizlənməsi əməliyyatına başlayacaqRusiya Fövqəladə Hallar Nazirliyinin 20 nəfərlik xüsusi qrupu və texnikası Azərbaycana gəlib. Həmin əməkdaşlar Azərbaycan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə birgə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizlənməsi əməliyyatlarında iştirak edəcəklər.
Bunu jurnalistlərə açıqlamasında Fövqəladə hallar nazirinin müavini, general-leytenant Raqim Lətifov deyib.
Onun sözlərinə görə, həmin əməkdaşlar Fövqəladə Hallar Nazirliyinin Ağdamın Quzanlı qəsəbəsində yerləşən Qarabağ Regional Mərkəzində yerləşəcəklər. Sabahdan etibarən Rusiya Federasiyanın mülki müdafiə, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə nazirliyinin əməkdaşları ilkin olaraq Ağdam rayonu ərazisində ayrılmış 100 ha ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatlarına başlayacaqlar.
Xəbər verdiyimiz kimi, Rusiya Fövqəladə Hallar Nazirliyinin minatəmizləyənlərini gətirən təyyarə Gəncəyə çatıb. Rusiya Fövqəladə Hallar Nazirliyinin pirotexnikləri Ağdamın minalardan təmizlənməsini həyata keçirəcək.
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
1 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
1 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
1 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
3 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 3 saat əvvəl
-
3 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb





















.jpg)





