“Azercell Könüllüləri” və dostları uşaqların hədiyyə arzusunu yerinə yetirdi
Qayğıya ehtiyacı olan Gəncə və Bərdə sakinləri, şəhid və qazı ailələrinin övladlarına bayram hədiyyələri çatdırıldıBu il Dünya Azərbaycanlıların Həmrəyliyi günü və Yeni ilin gəlişini xalqımız xüsusi sevinc və fərəh hissi ilə qeyd edəcək! Bu bayramlara sevinmək isə hər bir azərbaycanlının, xüsusilə də uşaqlarımızın haqqıdır. Məhz buna görə, “Azercell Könüllüləri” xeyriyyə təşkilatı ölkəmiz üçün sınaq və qürur dövrü olan son aylar ərzində həm böyük qəhrəmanlıq göstərmiş, həm də müharibənin çətinlikləri ilə üzləşmiş ailələrin övladlarına xüsusi qayğı ilə yanaşaraq, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və “SOS Uşaq Kəndləri Azərbaycan” Assosiasiyasının təşkilati dəstəyilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə körpələrimizin ürəklərini sevindirəcək bayram aksiyasına start verdi.
Xüsusi əhəmiyyət kəsb edən məqam lider mobil operatorun öz əməkdaşlarından ibarət “Azercell Könüllüləri” qrupunun sosial çağırışının bu dəfə hər kəs üçün açıq olması idi ki, bu da istər ölkə daxilində, istərsə də xaricdə yaşayan həmvətənlərimizin bu təşəbbüsə öz qatqısını verə bilməsi ilə nəticələndi. Bir aya yaxın müddət ərzində “Azercell Könüllüləri” qrupunun Facebook səhifəsi vasitəsilə Gəncə və Bərdə şəhərlərində erməni təxribatı nəticəsində raket zərbələrindən ziyan çəkmiş azyaşlı uşaqların, eləcə də Bakı və Gəncədə yerləşən “SOS Uşaq Kəndləri Azərbaycan” sakinlərinin siyahısı izləyicilərin ixtiyarına verildi. Hər bir uşağın Yeni İldə almaq istədiyi özəl hədiyyənin əks olunduğu siyahıdan bu təşəbbüsə qoşulmaq istəyən hər kəs istər arzu olunan hədiyyəni seçib almaqla, istərsə də, səhifədə dərc edilən bank rekvizitləri vasitəsilə ianə etməklə öz dəstəyini göstərə bildi. Qeyd edək ki, Azercell-in texniki tərəfdaşı olan Ericsson şirkətinin əməkdaşları da bu bayramqabağı xeyriyyə aksiyasının gerçəkləşməsində öz əhəmiyyətli qatqılarını əsirgəmədilər. Nəhayət, böyük qayğı ilə toplanılan bütün hədiyyələr 28 dekabr tarixində “Azercell Könüllüləri” tərəfindən uşaqlara çatdırıldı.
Eyni zamanda, Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımız, eləcə də qazilərimizin övladlarının da hədiyyə arzuları toplanılaraq Bakı və bölgələr boyu yüzlərlə uşağın evinə bayram sevinci gətirdi.
“Azercell Könüllüləri” və Facebook vasitəsilə dəstək verən dostların bu sosial aksiyası nəticəsində ümumilikdə 500-dən artıq uşaq Yeni İl arzusunun gerçək olması səadətini yaşadı.
Cəmiyyətimizin döyünən ürəyi və ümidli gələcəyi olan əziz uşaqlarımızı qarşıdan gələn bayramlar münasibətilə təbrik edir, onlara sülh və əminamanlıq, bütün arzularının yerinə yetməsini diləyirik!
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
- 3 saat əvvəl
- 18 saat əvvəl
- 20 saat əvvəl
- 20 saat əvvəl
- 20 saat əvvəl
-
21 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 21 saat əvvəl
- 21 saat əvvəl
-
21 saat əvvəl
Pulunu artırmaq istəyirsənsə, bu tədbiri ötürmə - Ekspertlər Bakıya gəlir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb


















