"Xəzəri çirkləndirən 12 müəssisənin bağlanması ilə bağlı məhkəmə qarşısında məsələ qaldırılıb"
Azərbaycanda Xəzər dənizinin çirklənməsinə səbəb olan amillər sırasında bura axan çaylar və yaxud axarı olan su hövzələri, sahil zonasında yerləşən şəhərlər, sənaye obyektləri, dənizdə istismar olunan neft müəssisələrinin təsiri, dənizdə suyun səviyyəsinin qalxması nəticəsində müəyyən zonalarda olan çirklənmə obyektlərinin su altında qalması və s.-dir. Bu sırada xüsusi yeri şəhər ətrafında olan sənaye müəssisələri tutur”.
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi "facebook" səhifəsində "Ekspert saatı" adlı canlı yayımda Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bildirib.
Onun sözlərinə görə, Nazirlik tərəfindən Xəzəryanı bölgələrdə dənizə mənfi təsir göstərən 128 axar müəyyən edilib: “Həmçinin 123 müəssisənin Kür çayına axarı müəyyənləşdirilib ki, bunlar da müvafiq tənzimləmə olmadığı, yaxud sular təmizlənmədiyi təqdirdə Xəzərə öz mənfi təsirini göstərir. Təkcə bu il bu cür müəssisələrlə bağlı 354 akt və 144 protokol tərtib edilib. Tullantılara yol verən, Xəzərə müvafiq çirkab suları axıdan müəssisələr təqribən 500 min manat məbləğində cərimə edilib, onlara ödəmələr tətbiq edilib. 105 müəssisəyə məcburi göstəriş verilib ki, onlar su təmizləyici qurğularını qursunlar. O qurğudan keçdikdə sonra su Xəzərə daxil olsun. Dəfələrlə xəbərdarlıq edilib, məcburi göstəriş verilən 12 müəssisənin isə ümumiyyətlə bağlanması ilə bağlı məhkəmə orqanları qarşısında məsələ qaldırılıb”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
- 17 d. əvvəl
-
-
42 d. əvvəl
Azərbaycanda geyim brendlərini təmsil edən şirkətlər qrupunda yeni təyinat
-
44 d. əvvəl
Nazirlər Kabinetinin silah ixracına nəzarət sahəsində səlahiyyəti ləğv edilir
- 56 d. əvvəl
-
1 saat əvvəl
“Unibank”ın 7 %-dək endirimli kredit kampaniyasının bitməsinə az qaldı!
-
1 saat əvvəl
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
-
1 saat əvvəl
Yanvarda 882 min nəfərdən çox aylıq sosial müavinət və təqaüd alıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Nikahların sayı azalıb - SON 2 İLDƏ 42 MİNDƏN ÇOX BOŞANMA OLUB
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Gbaru.com startapı artıq Avropada!
Dollar bazar ertəsi ucuzlaşıb
Bitcoin-in qiyməti 65 000 dollardan aşağı düşüb
Nikahların sayı azalıb - SON 2 İLDƏ 42 MİNDƏN ÇOX BOŞANMA OLUB
Azərbaycanda doğulan körpə sayı azalıb, ölüm halı artıb
Rəsmi məzənnələr açıqlandı
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur

























