Ağacların qanunsuz kəsilməsinə görə cəzalar sərtləşdiriləcək
"Bir neçə ildir Ekologiya və Təbii Sərvətlər Nazirliyi olaraq ağacların qanunsuz kəsilməsi məsələsi ilə məşğuluq. Burada söhbət ağacların qanunsuz kəsilməsinə görə nırx dəyərinin artırılmasından söhbət gedir".
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi "Facebook" səhifəsində "Ekspert saatı" adlı canlı yayımda Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bildirib.
Onun sözlərinə görə, bu məsələlər hökumətin qərarı ilə təsdiqlənir:
"Biz artıq yeni qərarı hazırlamışıq, artıq müvafiq orqanlarla da razılaşdılıb. Çox yaxın vaxtlarda hökumətə təqdim ediləcək. Gələn ilin birinci rübündə yeni nırx dəyərlərinin təsdiq edilməsi gözlənilir. Bu, qanunsuz meşə materiallarından istifadə, ağacaların kəsilməsi hallarına tamamilə son qoymasa da, bununla məşğul olan şəxslər dəfələrlə artıq sanksiyalarla üzləşəcəklər. Bir faktı deyim ki, hətta bu günün özündə də mövcud olan nırx dəyərləri orta səviyyədən yuxarıdır. Məsələn, Bakı şəhərində təqribən 35-40 sm-lik ağacın qanunsuz kəsilməsi artıq cinayət məsuliyyətinə səbəb ola bilər. Bu zaman ziyanın həddi 1000 manatı keçirsə, biz artıq həmin işi hüquq-mühafizə orqanlarına araşdırmağa göndəririk. Eyni zamanda həmin ziyana görə, müvafiq fondlara olan ödənişlərin səviyyəsinin qaldırılmasında yeni qərar müstəsna rol oynayacaq. Bu qərar yaxın vaxtlarda təsdiq olunduqdan sonra istifadə olunacaq".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 7 saat əvvəl
-
7 saat əvvəl
OPEC+ neft hasilatını gündəlik 188 min barel artırmaq barədə razılığa gəlib.
-
-
15 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Hava yolu şirkəti fəaliyyətini dayandırıb
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
Bu bank pulunuza illik 12% gəlir təklif edir
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN












.jpg)







