Expressbank aztəminatlı ailələrə dəstək göstərməyə davam edir!
(®️) Cəmi bir neçə gündən sonra 2020-ci ili başa vururuq. Bu il bütün xalqımız üçün çətin olsa da, qələbəmiz məhz bu ili tarixə həkk etdi. Bu il xalqımız bir daha həmrəy olaraq nəyə qadir olduğunu yalnız düşmənə deyil, bütün dünyaya sübut etdi. Bu həmrəylik sayəsində vətənimizin hər bir sakini, hər bir şirkəti cəbhədə olan əsgərlərimizə, şəhid ailələrinə, düşmən tərəfindən atılan zərbələr nəticəsində dağıntılar zamanı həyatını itirmiş həmvətənlərimizin ailələrinə əlindən gələn köməkliyi göstərərək dəstək olmağa çalışdılar.
Biz də Expressbank olaraq, hər zaman sosial layihələrə böyük önəm və dəyər verərək xalqımızın, vətəndaşlarımızın, xüsusi ilə də aztəminatlı ailələrin yanında olmağa, həmrəy olmağa çalışırıq. Bu dəfə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası ilə Expressbank-ın birgə, Özünüməşğulluq layihəsi çərçivəsində bankımız həssas əhali qrupuna aid daha 5 aztəminatlı ailəyə dəstək oldu.
Belə ki, Mingəçevir sakinləri Zəhra Nağıyeva və Mehriban Qurbanova, Qusar sakini Elçin Xibabayev, Bakı sakini Elza Əzizovanın dərzi kimi və Gəncə sakini Sahib Qasımovun isə diş texniki kimi fəaliyyətə başlayaraq sahibkar adını qazanmaq üçün bütün lazımi avadanlıq, bankımız tərəfindən həmvətənlərimizə təmənnasız təqdim edilib.
Qeyd etmək istərdik ki, bu il ərzində Expressbank ümumilikdə 16 aztəminatlı ailəyə dəstək olaraq, onların öz kiçik bizneslərini qurmaq arzularını reallaşdırıb. Növbəti il ərzində də, bankımız həssas əhali qrupuna aid ailələrə dəstək göstərməyə davam edəcək.
Biznes və pərakəndə bankçılıq sahəsində geniş çeşiddə bank məhsulu və xidmətlər təklif edən Expressbank-ın ölkə ərazisində 15 filialı mövcuddur. Bank haqqında ətraflı məlumatı 132 Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az saytından və ya bankın sosial şəbəkələrdəki rəsmi səhifələrindən əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
6 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)










.jpg)



