"Azersun Holding" xərclərin artmasına baxmayaraq, yenidən endirimə gedib
“Azərbaycana necə valyuta gətirməliyik, Azərbaycandan valyuta çıxmasının qarşısını necə almalıyıq. Biz, sahibkarların vəzifəsi bu olmalıdır”.
"Azersun Holding"ın baş icraçı direktoru Savaş Uzan deyib.
S.Uzan təmsil etdiyi qurumun məhsullarının qiymətlərinin ucuzlaşması ilə bağlı məsələlərə də aydınlıq gətirib: “İlk devalvasiya olanda bizim üstümüzə çox düşdülər. Qiymətləri qaldırmaqda ittiham edirdilər. Halbuki, ilk devalvasiyadan sonra 8 ay qiymətləri qaldırmadıq. O zaman da Müşahidə Şuramızın sədri Abdulbari Goozal bəy söyləmişdir ki, “bizim masamızda hələ mallarımız var. Hələ onlarla idarə edirik". Bizim 3 aylıq mal ehtiyatımız olub. Mart ayının sonu, aprelin əvvəlində manat dollar qarşısında möhkəmləndi. Bizə qiymətlərin ucuzlaşdırılması üçün 3 ay vaxt lazım idi. Amma həmən bizə qiymətləri ucuzlaşdırmaq üçün basqılar başladı. Bu təzyiqlər təkcə bizə deyil, digər istehsalçılara da olub. Biz ilk devalvasiyadan sonra 8 ay qiymətləri qaldırmadıq və itirdik, indi də köhnə məzənnə ilə mal idxal etməyimizə baxmayaraq, yenə endirimə getdik”.
“Azersun” təmsilçisi deyib ki, ötən il Azərbaycanda qaz və elektrik enerjisinin qiymətlərinin artması onların məhsullarının qiymətlərinə də təsir edib: “Bu gün qiymətlər təkcə məzənnə ilə əlaqəli deyil. Qiymətlərin tənzimlənməsində xaricdən gətirdiyimiz xammalın, burada aldığımız xidmətlərin də payı var. Bu gün məzənnə düşüb, amma ötən il elektrik enerjisi və qazın qiymətində ciddi artım olub. Kimsə bundan söhbət etmir”.
© Report
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
- 4 saat əvvəl
- 6 saat əvvəl
- 8 saat əvvəl
- 22 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB




















