“SOCAR Turkey” Avropadan qrant alacaq
“SOCAR Turkey” Ar-Ge (tədqiqat və inkişaf) Mərkəzinin konsentrasiya edilmiş günəş enerjisi texnologiyalarından istifadə olunmaqla karbon dioksiddən etanol/izopropanol kimi qiymətli kimyəvi maddələri istehsal edəcəyi “Nefertiti” layihəsi Avropa Komissiyasının “Üfüq 2020 Qrant Proqramı” tərəfindən maliyyələşdiriləcək.
Şirkətdən bildirilib ki, güclü rəqabətin olduğu “Enerji sahəsi 2020” çağrışlarından qrant almaq hüququnu əldə edən konsorsiumdaki 10 beynəlxalq şirkətdən biri olan “SOCAR Turkey” Ar-Ge Mərkəzinin layihəsinin 389 min avroluq büdcəsi bütövlükdə bu proqram tərəfindən qarşılanacaq.
İnnovasiyaya böyük əhəmiyyət verən Türkiyənin ən böyük birbaşa xarici investoru olan “SOCAR Turkey” Ar-Ge üzrə fəaliyyətlərini artırmağa yönələn işlərini sürətləndirib. “Petkim”in 51 illik Ar-Ge təcrübəsini bütün qrupa yaymaq üzrə 2019-cu ilin dekabr ayında yaradılan “SOCAR Turkey Ar-Ge ve İnovasyon A.Ş.” dəyər zəncirindəki bütün səhmdarları üçün katalizator və rəqəmsal texnologiyaları təkmillədirməyi öz qarşısına hədəf olaraq qoyur.
“SOCAR Turkey Ar-Ge ve İnovasyon A.Ş.”nin direktoru Bilal Quliyev bir il ərzində əhəmiyyətli layihələrə imza atdıqlarını bildirərək günəş enerjisi ilə karbon dioksiddən etonol/izopropanol kimi kimyəvi maddələr istehsal etməyi öz qarşısına hədəf olaraq qoyan “Nefertiti” layihəsinin Avropa Komissiyası “Üfüq 2020 Qrant Proqramı” tərəfindən maliyyələşdiriləcəyini deyib. Avropa İttifaqı layihələrinin üzərində 2012-ci ildən çalışdıqlarını, növbəti ildə pilot miqyaslı məhsulların istehsalına başlanacağını qeyd edən B.Quliyev bildirib: “İspaniya, Çin, ABŞ, İrlandiya, Niderland və Cənubi Kiprdən 10 beynəlxalq şirkətin yer aldığı layihə konsorsiumundaki tək türk şirkət olmaqdan böyük qürur duyuruq. Karbondioksid və suyun kimyəvi maddələrə çevrilə biləcəyi layihəylə bərpaolunan enerji mənbələrindən istifadənin artırılması mövzusunda təcrübələrimizin artmasını öz qarşımıza məqsəd olaraq qoyduq. Həmçinin bu layihənin “SOCAR Turkey”in orta və uzun müddətli enerji strategiyalarına da töhfə verəcəyinə inanırıq”.
SOCAR Ar-Ge Mərkəzinin qarşıdakı dövrdə sektora istiqamət verəcək işlərə imza atacağını deyən B.Quliyev qeyd edib: “Hazırda mərkəzimizdə akademik səviyyəsi doktor olan 6 tədqiqatçı var. Müdafiələrini başa çatdırmaq üzrə olan 2 tədqiqatçımız ilə birgə bu say 8-ə çatacaq. Dəstəmizə doktorluq dərəcəsi olan yeni tədqiqatçıların cəlb edilməsi üzərində də fəaliyyətlərimiz davam edir. Bu məqsədlə TÜBİTAK Elm Xadimlərini Dəstəkləmə Proqramı Rəhbərliyi (BİDEB) tərəfindən açılması planlaşdırılan sənayenin ehtiyaclarına istiqamətlənmiş insan resursunun, keyfiyyət və kəmiyyətinin yaxşılaşdırılmasını öz qarşısına məqsəd olaraq qoyan “2244-Sənaye Doktorantura Proqramı” çağırışına müraciət etmək üzrə hazırlıqlarımız davam etdiririk”.
Aliağa Neftayırma və Neft-Kimya İş Birimi kampusunda yerləşən “SOCAR Turkey” Ar-Ge Mərkəzi 1200 kvadratmetrlik sahədə yaradılan, reologiya, katalizator, polimer xarakteristikası, ətraf mühit və biyotexnologiya, kimyəvi təhlil və kromatoqrafiya sahələrində xidmət göstərəcək 6 laboratoriyaya malikdir. Ar-Ge Mərkəzində polimer hazırlama, polimerizasiya və katalizator sınaq sistemlərinə imkan verəcək 400 kvadratmetrlik bir pilot istehsal müəssisəsi ilə ofislər də yerləşir. “SOCAR Turkey Ar-Ge ve İnovasyon A.Ş” Ar-Ge işlərinə investisiyaları artıraraq “SOCAR Turkey”i rəqabətcil mövqedə saxlamaq və innovativ həllərlə şirkətin davamlı böyüməsinə töhfə verməyi öz qarşısına məqsəd qoyub.
Müştərilərin xəbərləri
"McDonald's Azərbaycan" şəhid və qazi ailələrinin uşaqları ilə birlikdə Uşaqların Beynəlxalq Müdafiəsi Gününü qeyd edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 56 d. əvvəl
-
-
1 saat əvvəl
Xırdalanda 2700-dən çox mənzilli kompleksdə mühüm yenilik - RƏSMİ SƏNƏD İMZALANIB
-
1 saat əvvəl
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azəri-Çıraq-Günəşlidə ilk kommersiya qaz hasilatı əməliyyatları başladı
-
2 saat əvvəl
PAŞA Bank 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günündə uşaqların inkişafına dəstək oldu
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Sənət, şəhər və yaşayışın gələcəyi - Bahar Residence-də fərqli bir gün
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb
Köhnə Bakı həyətlərindən gələcəyin yaşayış modelinə
Ən çox oxunanlar
"McDonald's Azərbaycan" şəhid və qazi ailələrinin uşaqları ilə birlikdə Uşaqların Beynəlxalq Müdafiəsi Gününü qeyd edib - FOTO
Unicapital “Mən də investor ola bilərəm” layihəsini həyata keçirib
“AzInTelecom” uşaqlar üçün rəqəmsal təhlükəsizlik sessiyası keçirib
Mülki Aviasiya İşçilərinə ÖZƏL KREDİT TƏKLİFİ























