Gözlənilməz 80 min yeni iş yeri
Nazir: "Gözlənilməz olsa da, pandemiya şəraitində martın əvvəlindən ölkədə 80 min iş yeri açılıb"Gözlənilməz olsa da, yeni növ koronavirus (COVID-19) pandemiyası şəraitində Azərbaycanda martın əvvəlindən indiyədək təxminən 80 min yeni iş yeri açılıb.
Bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) tərəfindən "KPMG Azerbaijan" şirkəti ilə əməkdaşlıq çərçivəsində nəşr olunan "Azərbaycanda Xarici Biznes 2020" hesabatının rəsmi təqdimatında deyib.
Nazirin sözlərinə görə, açılan yeni iş yerləri özəl sektorda olan ümumi əmək müqavilələrinin 15%-dən çoxunu təşkil edir.
M. Cabbarov onu da qeyd edib ki, Azərbaycan pandemiya fonunda əsas iqtisadi göstəricilərini ilin əvvəlində olan səviyyədə saxlamağı bacarıb və nümunə kimi, ölkənin strateji valyuta ehtiyatlarının demək olar dəyişməyən həcmini gətirib. Stabil valyuta bazarına toxunan nazir manatın məzənnəsinin stabil qaldığını xatırladıb.
Qeyd edək ki, "Azərbaycanda Xarici Biznes 2020" hesabatı Azərbaycanda fəaliyyət göstərən xarici biznes nümayəndələrinin iştirak etdiyi Biznes Mühiti Sorğusunun nəticələrinə əsaslanır və xüsusilə də ölkədəki investisiya mühitinə fokuslanır.
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 1 d. əvvəl
-
- 10 d. əvvəl
- 14 d. əvvəl
-
31 d. əvvəl
Azərbaycana 4 ayda təxminən 100 milyon dollarlıq buğda idxal olunub -10 FAİZ ARTIB
- 53 d. əvvəl
-
56 d. əvvəl
Əczaçılıq məhsullarının idxal dəyəri artıb, həcmi azalıb - 4 AYDA 170 MİLYON DOLLARLIQ İDXAL
- 59 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Rəsmi məzənnələr açıqlandı
Azərbaycana tütün və tütün məmulatlarının idxalı 20% artıb
Kərə yağı idxalı azalıb, bitki yağlarının idxalı isə artıb
Ən çox oxunanlar
Süd və qaymaq idxalı 54,9% artıb
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 25 GÜN
Yeyinti məhsullarının idxalı 46,3 milyon dollar artıb
Tramp: Sabah İrana hücum etməyəcəyik
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Şəkər ixracı 4 dəfədən çox artıb






.jpg)







.jpg)









