Sumqayıtda yüklənir, Rusiyadan keçməklə Qazaxıstana daşınır
“Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə müəssisəsi - “ADY Express” MMC Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəmə müəssisəsi - “SOCAR Polymer” MMC-nin istehsal etdiyi polipropilen məhsulunun ixrac rejimində Qazaxıstana nəqlini davam etdirir.
Bu barədə “ADY Express”dən bildirilib.
Məlumata görə, yüklərin daşıma marşrutu Rusiya ərazisindən keçir. Şirkətin təqdim etdiyi örtülü vaqonlar Sumqayıt stansiyasında yüklənərək, dəmir yolu vasitəsi ilə Rusiyadan keçməklə Qazaxıstana nəql edilir. Sumqayıt-Yalama-Atırau marşrutu ilə daşınan yüklər, 1202 kilometr yolu 6 günə qət edir. Marşrut boyu daşımanı "ADY Express" həyata keçirir.
"2020-ci ilin avqust ayında test rejimində bu yüklərin ilk partiyasının nəqli zamanı, qeyd olunan marşrut effektivliyini göstərib. Uğurla keçən test daşıma, layihənin davamlı olacağına əminlik yaratmışdır. Artıq bu marşrutla "ADY Express" 1 354 ton polipropilen yükünü Qazaxıstana çatdırmağa müvəffəq olub. Prosses davam etdirilir", - deyə açıqlamada qeyd olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 6 saat əvvəl
-
-
22 saat əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
1 gün əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
1 gün əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
1 gün əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Sabah sulu qar, qar yağacaq
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Fransız fermerlərin etiraz aksiyaları davam edir
Sıfır xərclə ticarət mümkündür?
Ən çox oxunanlar
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti






















