Bakıdan kruiz gəmisində səyahət təşkil ediləcək
Xəzər dənizində kruiz gəmisi işə düşəcək.
“Çay-dəniz sinfindən olan və Rusiyada tərsanədə inşa edilən ilk gəmi 2019-cu ildən başlayaraq Xəzər dənizində kruiz səfərlərinə başlayacaq. Gəmi Bakıdan Rusiya, İran, Türkmənistan limanlarına daxil olmaqla hərəkət edəcək.
Bu barədə “Mosturflot” turizm şirkətinin direktor müavini Svetlana Qonçarova məlumat verib.
Onun sözlərinə görə, gəmi Həştərxanda hazırlanır. İkinci gəminin də inşası barədə razılıq əldə edilib.
“İndi ilk gəminin marşrut planı hazırlanır. Gəmi həm çay, həm dənizdə hərəkət edə bildiyi üçün klassik “Moskva - Sankt-Peterburq” marşrutu saxlanılacaq. O, həm də Xəzər dənizində çalışacaq”.
Onun sözlərinə görə, bu cür kruizlər Bakıdan yola başlayıb İran, Türkmənistana gedib, Mahaçqalaya daxil olub və sonra yenidən Bakıya qayıdacaq.
“Payız fəslində gəmi Qara dənizdə bir neçə reys həyata keçirəcək. Qışda isə Soçidə mehmanxana kimi fəaliyyət göstərəcək”.
©İstiPress
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
6 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 6 saat əvvəl
-
8 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək


























