Türkiyə Prezidenti Türkiyə-Ermənistan sərhədlərinin açılması üçün əsas şərti açıqlayıb
“Qardaşım, Azərbaycan Prezidenti İlham Əliyevin ifadə etdiyi yeni əməkdaşlıq platformasına mən də çox önəm verirəm”.
Bunu bu gün Türkiyə və Azərbaycan arasında sənədlərin imzalanması mərasimindən sonra keçirilən mətbuat konfransında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Türkiyə Prezidenti deyib ki, 6 dövlətin iştirakı ilə bir əməkdaşlıq platforması yaradıla bilər:
“Bunu hörmətli Rusiya Prezidenti Vladimir Putin də qəbul etdi. Rusiya, Türkiyə, Azərbaycan, İran, Gürcüstan və əgər qəbul edərsə, Ermənistan da bu əməkdaşlıq platformasında yer ala bilər. Beləliklə, bu platforma ilə bir regional barışı təsis edə bilərik. Regional barışın bu bölgədəki ölkələrə gətirəcəyi ilklər var. Bunun üst və alt infrastruktur, siyasi, diplomatik və digər bir çox vəzifələri ortaya çıxır. Mən bu gün də qardaşıma söylədim. Əgər bu məsələdə müsbət addımlar atıldığı təqdirdə biz də qapalı sərhədlərimizi açarıq. Amma yetər ki, bu müsbət addımlar atılmış olsun. Bizi də sərhədlərimizi Ermənistana bağlamaq kimi bir dərdimiz yoxdur. Biz barışın göyərçinləri olmaq, barışın addımlarını atmaq istəyirik. Qaldı ki, bizim Ermənistan xalqına da bir kinimiz yoxdur. Problem Ermənistanın hakimiyyəti ilədir. Ölkəmizdə 100 minə yaxın erməni vətəndaşımız var. Bunların içərisində vətəndaşlıq haqqını əldə edənlər də, etməyənlər də var. Amma biz onları da ölkəmizdə qonaq edirik, çünki insanlara bir kinimiz yoxdur. Məqsəd xüsusən barışa nail olmaqdır. Amma burada liderlik çox önəmlidir”.
Müştərilərin xəbərləri
"MegaSec" şirkətinin nümayəndə heyəti Özbəkistanın Rəqəmsal texnologiyalar naziri ilə strateji görüş keçirib
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
-
45 d. əvvəl
"Azərsun Holdinq"in xarici ticarət şirkətinin ixracı 10 milyon dolları keçib
-
-
49 d. əvvəl
Azərbaycanın böyük fındıq emalı və ixracatçısı xaricə satışını 22% artırıb
-
52 d. əvvəl
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
- 53 d. əvvəl
- 55 d. əvvəl
- 57 d. əvvəl
- 59 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixracı 4 dəfə artıb
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
“TABATERRA”nın ixracı 60%-dən çox artıb
“Baku Steel Company”nin ixracı 72%-dən çox artıb
“AGRARCO” ixracını 4 dəfədən çox artırıb
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixracı 4 dəfə artıb
“Prime Cotton” şirkətinin ixracı 64 milyon dolları keçib
Azərbaycanda qızıl və mis istehsalçısının ixracı 4 dəfədən çox artıb
Bakı–Tbilisi–Qars dəmir yolu modernləşdirilmədən sonra istifadəyə verildi, qatar yola düşdü





















.jpg)





