"Çay evini elə əvvəlki yerində bərpa etmək istəyərdim"
Ağdam Rayon İcra Hakimiyyətinin başçısı ilə görüşəndə çay evinin bərpası ilə bağlı söhbətimiz olub. Əlbəttə, belə bir təklif gələrsə, böyük məmnuniyyətlə bu işi görməyə hazıram. Ağdamın simvollarından biri sayılan məşhur çay evinin müəllifi, 1984-88-ci illərdə Ağdamda baş memar işləyən Naiq Səmədov bildirib ki, çay evi geologiya-mineralogiya elmləri doktoru, professor Xudu Məmmədovun təşəbbüsü ilə tikilib.
Professor memarla görüşən zaman Çin üslubunda bir tikilini ona göstərib və doğulduğu Ağdam şəhərində belə bir məkanın yaradılmasını xahiş edib. Naiq Səmədov professorun istəyini yerinə yetirib və bunu daha çox Şərq üslubunda həyata keçirib:
“Ağdam çay evi daxili imkanlar hesabına tikilib. Şəhərdə ticarətlə məşğul olan iki qardaş var idi. Bina onların maliyyə köməyi ilə tikilib, elə son günlərəcən də, həmin qardaşlar oranı işlətdilər. Vəsait çox çıxmasın deyə, bəzi işlərə Ağdamda olan dustaqlar cəlb olunublar. Tikili özü demək olar yalnız dəmir konstruksiyalardan hazırlanıb, yalnız döşəmədə taxtalardan istifadə olunub. Ümumiyyətlə Ağdamın özündə yaxşı dəmirçilər olub. Nəhayət 1986-cı il iyulun 26-da "Çay evi"nin açılışı keçirildi”.
N.Səmədov qeyd edib ki, gələcəkdə çay evini elə əvvəlki yerində bərpa etmək istəyərdi: “Mən ümumiyyətlə istəyərdim ki, Ağdam tikiləndə mərkəzdə olan unikal binaların hamısı əvvəlki vəziyyətlərinə qaytarılsın. Çünki insanlar oranı elə görməyə alışıblar və bunlar hamısı öz yerinə qaytarılsa hər kəs üçün çox xoş olar. Bundan əlavə fontanlar və istirahət məkanları var idi ki, onlar da əvvəlki görkəminə qaytarılsın. Ümumiyyətlə, təkcə Ağdamda deyil, bütün azad olunmuş ərazilərin əsas küçə və meydanları keçmişdə olduğu kimi bərpa edilsə, məncə yaxşı olar”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 3 gün sonra
-
-
3 gün sonra
Kapital bazarlarında növbəti yenilik - İlk zamanətli istiqrazlara investisiya fürsəti
-
9 saat əvvəl
Xam neft hasilatı 2026-cı ilin sonuna qədər sabit saxlanılır - Azərbaycan qərarı dəstəklədi
- 22 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Dənizdə külək enerjisi layihəsinə dair İcra Müqaviləsi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"LEGIS Hüquq Forum"u çərçivəsində “LEGIS”lation qanunvericiliyə dəyişiklik layihəsinə start verildi
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Biznesiniz üçün QISA NÖMRƏ alın
OMİD Binədə yeni mağazasının təntənəli açılışını qeyd edib
Azərbaycan neftinin son qiyməti
Noyabrın son günü gözlənilən hava açıqlanıb
Qızılın qiyməti yenidən 4200 dolları keçdi
Bir müddətlik fasilədən sonra yenidən fəaliyyətə başlayıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“PAŞA Bank” yeni kredit məhsulunu bazara çıxardı
8-ci “Zeekr 001”i Bəxtiyar Süleymanov qazandı














.jpg)










