"Bu sistemdə uzun müddət qalmaq olmur, bankların əmanətçilərin qarşısında məsuliyyəti azalır"
Əmanətlərin Sığortalanması Fondu (ADIF) bütövlükdə Azərbaycanın maliyyə sabitliyin qorunması baxımından olduqca mühüm elementdir.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib.
Mərkəzi Bankın sədri bildirib ki, əmanətlərin dinamikasına baxsaq, maliyyə sabitliyinin təmin olunmasında əmanətlərin sığortalanması olduqca mühüm rol oynadı:
“2008-ci ildən başlamış maliyyə böhranı, 2014-cü ildə olan böhranın Azərbaycan iqtisadiyyatına təsirini azaltmaq üçün və maliyyə sabitliyinin yüksəldilməsi üçün əmanətlərin tam sığortalanması 2016-cı ildə tətbiq olundu. Əmanətlərin tam sığortalanması bütün ölkələrdə tətbiq olunan sistemdir. 2016-cı ildən bu yana Sinqapur, Almaniya, Avstraliya kimi ölkələr də bu sistemi tətbiq edib və maliyyə sabitliyi yaranandan sonra bu sistemdən çıxıblar. Bu sistemin Azərbaycanda tətbiq edilməsi də ölkəmizdə bank sektorunun sağlamlaşdırılması tam şəkildə həyata keçirilə bildi. Zəif banklar sistemdən uzaqlaşdırıldı. Bank əmanətçiləri maliyyə itkilərinə məruz qalmadı. 43 min əmanətçiyə 1,3 mlrd. manat kompensasiyanı biz əmanətçilərə ödəyə bildik. Lakin bu sistemdə uzun müddət qalmaq olmur. Sistemdə uzun müddət qalmaq bankların risk davranışına ciddi təsir göstərir. Bankların əmanətçilərin qarşısında məsuliyyəti azalır. Dövlət dəstəyi də burada olur. Digər tərəfdən isə iri əmanətçilər tərəfindən banklara nəzarət mexanizmi də zəifləyir. Bütün bunları tam müzakirə edəndən sonra İqtisadi Şuranın iclasında tam müzakirə edildi. Belə qərara gəldik ki, artıq sistemdən çıxmaq üçün tam şərait yaranıb. Çıxış strategiyasında ən başlıca məsələ hansı məbləğlə, nə vaxt çıxmaqdır”.
“Azərbaycanın maliyyə sektoru daha sabit, dayanıqlı olmalıdır”
Mərkəzi Bankın sədri bildirib ki, yaradılmış iqtisadi potensiala arxalanaraq ordu quruculuğu sahəsində çox böyük işlər görülüb: “Azərbaycanın ərazi bütövlüyünün tam təmin olunması 30 ildən sonra həyata keçirilib. Azərbaycan iqtisadiyyatı bu qələbədən sonra dayanıqlılıq nümayiş etdirir. Ermənistan iqtisadiyyatı isə tam tənəzzüldədir. Ermənistanda əhəmiyyəti devalvasiya prosesi başlayıb. Bizim iqtisadi güc potensialımız çoxdur. Bu qələbədən sonra qarşımızda mühüm çağırışlar var. İşğaldan azad edilmiş yerlərin bərpası, bu ərazilərin iqtisadi potensiala cəlb olunması bizim iqtisadi gücümüzü daha da artıracaq. Bu istiqamətdə maliyyə sektorunun qarşısında mühüm çağırışlar durur. Bu gün dünya bazarlarında gedən çağırışlar hamımıza məlumdur, neftin qiyməti və s. Azərbaycanın maliyyə sektoru daha sabit, dayanıqlı olmalıdır”.
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
1 saat əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
-
1 saat əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
2 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 3 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Fransız fermerlərin etiraz aksiyaları davam edir
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
Ən çox oxunanlar
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti
Dövlətə məxsus xidmət və yeyinti sənaye sahələri üzrə səhmdar cəmiyyətləri özəlləşdirilir - ADLARI
Dekabrda Azərbaycanda sabit genişzolaqlı internetin sürəti 3%-dən çox, mobil internetin sürəti isə 6%-dək artıb
Bakcell və Gənclər Fondu “İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramını elan edir
Mənzil axtaranların diqqətinə: Yasamalda büdcəyə uyğun, tam təmirli mənzillər satışda




















